.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır.

30 Aprel 2013-cü il tarixdə Mərkəzi kitabxanada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “ Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır ” mövzusunda tədbir keçirildi.Tədbirdə rayon ziyalıları , gənclər və kitabxananın oxucuları iştirak edirdi.Mərasimi açan rayon MKS-nin direktoru Bədəlov Cəbrayıl ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 Yanvar 2013-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında tədbir iştirakçılarına məlumat verdi.Tədbirdə 3 saylı məktəbin müəllimələri Yeganə Cəlilova, Bircahan Məmmədova, 4 saylı məktəbin müəllimi Sənan Nemətov, Mərkəzi kitabxananın Uşaq şöbəsinin işçisi Rəvan Eminov ulu öndərin həyat və fəaliyyətinin müxtəlif cəhətləri haqqında çıxış etdilər. Sonda tədbir iştirakçıları dahi rəhbərə həsr olunmuş kitab sərgisi ilə tanış oldular və yubileylə bağlı kino filmə baxdılar.








Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert.


30 Aprel 2013-cü il tarixdə şəhər mədəniyyət sarayında Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konsert  təşkil edildi.Rayon Uşaq musiqi məktəbinin təşkil etdiyi konsertə rayon ziyalıları,idarə və təşkilatlardan nümayəndələr dəvət olunmuşdu.Məktəbin xor  kollektivinin ifasında “Azadlıq”marşı,Siyavuş Kəriminin ifasında “Uşaqların himni”,müəllimlər  Nicat Umbayev və Yaqut Mustafayevin  ifasında Qara Qarayevin “İldırımlı yollarla” baletindən parça,fortepianoda Gürşad Qasımova və tarda Nicat  Umbayevin ifasında Cahangir Cahangirovun “Aylı gecə”,Nurlan Quluyevin ifasında “Azərbaycan”,Salatın Səmədovanın ifasında “Azərbaycan ,bir də Heydər” mahnıları  və seirlər tamaşaçılar tərəfindən maraqla dinlənildi.Geniş proqramlı yubiley konserti uzun müddət ağsuluların xatirəsindən silinməyəcəkdir.
                       Mərkəzi kitabxananın işçisi Səftər Əliyev.



Tariximizin faciəli səhifəsi.

27 Mart 2013-cü il tarixdə Ağsu şəhər Mərkəzi kitabxanasında 31 mart azərbaycanlıların soyqırım günü ilə əlaqədar yığıncaq keçirildi.Toplantıda rayon ziyalıları ,fəal oxucular və gənclər iştirak edirdi. Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Cəbrayl Bədəlov açaraq «Azərbaycanlıların soyqırımı haqqında» Azərbaycan Respublıkası prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanı haqqında yığıncaq iştirakçılarına məlumat verdi.Yığıncaqda Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev ”Erməni ideologiyası:Deportasiyadan soyqrımınadək ” ,rayon Təhsil şöbəsinin müdiri Tahir Xası “1918-1920-ci illər soyqırımı: Şamaxı (Ağsu) qırğını- erməni vəhşilikləri”, şəhər 3 saylı məktəbin tarix müəllimi Sənan Nemətov“Erməni daşnak millətçi qüvvələrinin xalqımıza qarşı xəyanəti, yürütdükləri terror və soyqırımı siyasəti bu gün də davam etməkdədir”,Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri Nazənəm Salmanova “ Azərbaycanlıların soyqırımı bədii ədəbiyyatda ” və Mərkəzi kitabxananın İnformasiya Resurs şöbəsinin müdiri Əzəmət Əliyev “Azərbaycanlıların soyqırımı:Faktlar və sənədlər ” mövzusunda məruzələrlə çıxış etdilər.Sonda tədbir iştirakçıları soyqırıma həsr olunmuş sənədli filmə baxdılar və bu mövzuda təşkil olunmuş kitab sərgisi ilə tanış oldular.

Mərkəzi kitabxananın işçisi Ləman Əfəndiyeva.

Ağsuda Novruz mərasimi keçirilib.

16 Mart 2013-cü il tarixdə Şəhər mərkəzində yerləşən əyləncə-istrahət parkında təşkil olunan konsertdə Ağsu sakinləri iştrak ediblər. Əvvəlcə parkda hazırlanan sərgi rayon ictimaiyyətinə və qonaqlara təqdim olunub. Bayram şənliyində bir-birindən maraqlı görüntülər sərgilənib. Bahar qız meydana faytonda atların müşayəiti ilə gəlib. Ardınca bayram tonqalı alovlandırılıb. Geniş bayram tədbiri ilə yanaşı, qədim adət və ənənələrimizi əks etdirən səhnələr bayramın abu-havasına xüsusi rəng qatıb. Bir tərəfdə nehrə çalxayıb, o biri tərəfdə ip əyirən və sac üstündə çörək bişirən nənələr isə xalqımıza bol ruzi arzulayıblar. Həmçinin açıq havada təşkil olunan bayram mərasimində kabab qonaqlığı verilib.Keçəl və Kosanın çıxışları da iştirakçılar tərəfindən maraqla izlənilib. Rayon İcra Hakimiyətinin başçısı Ənvər Seyidəliyev bayram münasibəti ilə şəhər əhalisinə öz təbriklərini çatdırıb. Şənlik bayram konserti ilə davam etdirilib.
Mərasimin sonunda isə atəşfəşanlıq olub.
Ağsu rayon Mərkəzi kitabxananın işçisi Səftər Əliyev. 
















Bayramınız mübarək ,əziz qadınlar!

6 Mart 2013-cü il tarixdə Ağsu şəhərinin “Şirvan” şadlıq sarayında 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Ərəstun Cavadov , rayonun müxtəlif idarə və təşkilatlarda çalışan qabaqcıl qadınlar iştirak edirdi. Rayon İcra Hakimiyyətinin Başçısı Ənvər Seyidəliyev qadınları bayram münasibəti ilə təbrik etdikdən sonra fərqlənən qabaqcıl qadınlara fəxri fərmanlar və hədiyyələr təqdim etdi.Tədbir maraqlı konsert proqramı ilə başa çatdı.




Qisas ünvanımız.


 25 Fevral 2013-cü il tarixdə 29 saylı şəhər kitabxana filialı və 5 saylı şəhər orta məktəbi Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Qisas ünvanımız “adlı ədəbi-bədii kompozisiya hazırlayıb həyata keçirmişdir.Tədbiri giriş sözü ilə açan 5 saylı məktəbin direktoru Elman Qarayev Xocalı faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdi.Ədəbi-bədii kompozisiyada şairlərdən Bəxtiyar Vahabzadənin ,Nüsrət Kəsəmənlinin,Səməd Vurğunun,Zəlimxan Yaqubun və Süleyman Rüstəmin müxtəlif illərdə yazdıqları şerlərdən istifadə olunmuşdur.Nicat Mürsəlov,Solmaz Zülfüqarova ,Nərmin İslamova və İlahə Şıxıyeva tədbirdə daha fəal iştirak etmişlər.
Əzizim düzə qaldı,
Yolum Təbrizə qaldı,
Qovuldu yağı düşmən,
Yurd yenə bizə qaldı!
29 saylı şəhər kitabxana filialının müdiri Leyla Kərimova. 





Xocalı-şəhid şəhər.

22 Fevral 2013-cü il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasının uşaq şöbəsi 2 saylı orta məktəbdə Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Xocalı-şəhid şəhər” mövzusunda şer müsabiqəsi keçirdi.Tədbiri giriş sözü ilə açan Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva Xocalı şəhəri,faciənin başlanma səbəbləri,nəticələri haqqında körpə balalara məlumat verdi.Sonra 2 saylı orta məktəbin 2-3-cü sinif şagirdləri Hüseyn Məmmədov,Ayşən Niyazova,Cəfərli Orxan,Elvin Novruzov və Xədicə Abdullayeva Xocalı faciəsi haqqında şerlər söylədilər.Ən yaxşı şer deyənlər kitab və jurnallarla mükafatlandırıldılar.
Tədbirin sonunda mövzu ilə əlaqədar təşkil olunmuş kitab sərgisinə baxış keçirildi.
Uşaq şöbəsinin işçisi Rəvan Eminov.



Sağalmayan yara.


(Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunur). 

22 Fevral 2013-cü il tarixdə Qaraqoyunlu kənd mədəniyyət evində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Sağalmayan yara” başlıqlı ədəbi-bədii kompozisiya təşkil olundu. Qaraqoyunlu kənd mədəniyyət evi,kitabxanası,orta məktəbi,İlxıçı kənd klubu ,kitabxanası,kənd ərazi İcra nümayəndəliyi və bələdiyyəsinin təşkilatı təstəyi ilə keçirilən bu tədbirdə dairəyə daxil olan yaşayış məskənlərinin əhalisi iştirak edirdi.Tədbirdə bu mövzuda təşkil olunmuş kitab sərgisi və kino-film də nümayiş etdirildi.
Qaraqoyunlu kənd mədəniyyət evinin direktoru:  Zeynəb Hacıyeva.





Xocalı-qan yaddaşımız

22 Fevral 2013-cü il tarixdə Mərkəzi kitabxanada “Xocalı-qan yaddaşımız” mövzusunda dəyirmi masa keçirildi.Dəyirmi masada rayon ziyalıları,Xocalı qaçqınları iştirak edirdi.Dəyirmi masanı giriş sözü ilə açan MKS-nin direktoru Cəbrayıl Bədəlov Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Presidentinin 17 Yanvar 2012-ci il tarixli Sərəncamından,Mədəniyyət və Turizm Nazirliyinin 11.02.2013-cü il tarixli 289/18 saylı məktubundan danışdı və dəyirmi masanın mövzusunu açıqladı.Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev, Xocalı sakini Əmrah Məmmədov,1 saylı məktəbin direktor müavini Sənan Nemətov,bədii qiraət üzrə respublika müsabiqəsi laureatı,fəal oxucu Salatın Səmədova, şəhər 1,2,3 saylı məktəbin şagirdləri dəyirmi masada çıxış etdilər.Tədbirin sonunda iştirakçılar bu mövzuda təşkil olunmuş kitab sərgisinə və kino-filmə baxdılar.

Mərkəzi kitabxananın böyük kitabxanaçısı Dilbər Əliyeva.








ÖLMƏZ QƏHRƏMAN.

Həyatda elə insanlar olur ki,dünyasını dəyişdikdən sonra da ürəklərdə yaşayırlar.Həmyerlimiz Famil Məmmədli də bu cür insanlardandır.
Famil Elman oğlu Məmmədli15 oktyabr 1974-cü il tarixində Ağsu rayonunun Abasxanlı kəndində ziyalı ailəsində anadan olmuşdur.1982-ci ildə Abasxanlı kənd orta məktəbinin birinci sinifinə qəbul olub.Səkkiz il bu məktəbdə oxumuş,qalan iki ili isə Ağsu şəhər internat orta məktəbində başa vurmuşdur.Hər iki məktəbi əla qiymətlərlə bitirmişdir.Qanında qəhraman qanı dövr edən bu insan hələ uşaq ikən hərbiçi olacağı haqda xəyallar qurardı.”Mən başqa heç bir məktəbə sənəd verməyəcəyəm,hərbi məktəbə gedəcəyəm,özümdə general olacağam.Vətəni qoruyacağam! Hamı hərbidən yayınsa,bəs vətəni kim qoruyacaq?”- deyərdi bu qəramanımız.Onun arzularının bir qismi tezliklə reallaşdı.1992-ci ildə Famil Məmmədli sənədlərini Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə verdi.Elə həmin ildə Famil Məmmədlini İstanbul şəhərində “Hərbi Hava Okulu”-nda təhsil almağa apardılar. O,1996-cı ildə məktəbi yüksək qiymətlərlə bitirərək doğma vətəninə qayıtdı və Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başladı.Onun mütəxəssis kimi fəaliyyəti,dövlətimiz tərəfindən çoxsaylı təltif və mükafatlara laiq görülmüşdür.
Qısa müddətdə Polkovnik leytnant rütbəsinə qədər yüksələn Famil Məmmədli,qərərgah rəisi vəzifəsində çalışırdı.Ana dilimizi mükəmməl öyrənməklə yanaşı ingilis,rus,türk dillərində də sərbəst danışa bilirdi.O,hər zaman yeniliklər axtarışında olmuş və çalışmışdır ki,bildiyindən daha çox öyrənsin,vətəninə,xalqına və insanlara bacardığından xeyri,faydası dəysin. Famil Məmmədli 1998-ci il sentyabrın 26-da ailə həyatı qurmuşdur.3 övladı var.
03 mart 2010-cu il tarixində hərbi döyüş təlimi zamanı Famil Məmmədlinin idarə etdiyi təyyarədə nasazlıq baş vermiş və təyarənin Tovuz rayonun Aşağı Ayıblı kəndinin üzərinə düşmə təhlükəsinin olduğunu görən igid pilot,təyyarəni bir qədər kənara yönəltməyə qərar verir.Yüzlərlə insanın taleyini düşünən Famil Məmmədli öz həyatı bahasına bütöv bir kəndi xilas edir.Bu ölüm sadəcə ölüm deyil,hər bir insanın can atdığı bir zirvədir ki,bu zirvəyə də seçilmişlər,öz taleyini yazan qəhramanlar ucalır.
Biz,hər bir Azərbaycan vətəndaşı,şəhidlərimizlə fəxr edib,ibrət götürməliyik.Dünənimizi unutmayaq,bu günümüzü layiqincə yaşayaq,sabahımızı düşünək.Ulu tanrıdan bütün şəhidlərimizə, o cümlədən həmyerlimiz,fəxrimiz Famil Məmmədliyə rəhmət diliyərik.Bir şeyi də unutmayaq ki,şəhidlər ölmürlər,əbədiyyətə qovuşurlar.

AZLİBNET

Fevralın 20-də C.Cabbarlı adına Gənclər Kitabxanasında respublikada ilk toplu kataloqun və Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET) (www.azlibnet.az) təqdimat mərasimi keçirilib.

Tədbirdə kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha səmərəli həyata keçirilməsində yeni yaradılmış AZLİBNET-in xüsusi xidmətləri olacağı bildirilib. AZLİBNET Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Gənclər Kitabxanasının nəzdində yaradılıb. Onun prioritet istiqamətlərindən biri kitabxanalarda elektron informasiya resurslarının yaradılması və onların istifadəçilərə təqdim olunması, eləcə də qlobal informasiya şəbəkələrində kitabxanaların korporativ işinin təşkilidir.

Milli Kitabxana-İnformasiya Mərkəzinin məqsədi Azərbaycan kitabxanalarının birgə milli kataloqlaşdırma sistemini yaratmaqdan ibarətdir.

“Vətən Sizə oğul deyib!”

07 Fevral 2013-cü il tarixdə Mərkəzi kitabxanada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 25 illiyi ilə əlaqədar tədbir keçirildi .Anım mərasimini açan MKS-nin direktoru Cəbrayıl Bədəlov qəhrəmanın həyatı və döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat verdi.Çıxış edən 1 saylı məktəbin tarix müəllimi Sənan Nemətov ,rayon Təhsil şöbəsinin işçisi Mətləb Nuriyev,Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva,fəal oxucu Ələkbər Əlizadə və Salatın Səmədova hərbi vətənpərvərlik tərbiyəsində ,əsgərlərimizin döyüş ruhunun qaldırılmasında Mübariz İbrahimov kimi qəhrəmanlarımızın rolundan danışdılar.Tədbirin sonunda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Müqəddəs zirvə” filminə və kitab sərgisinə baxış keçirildi.



2 Fevral –Gənclər günüdür!

2 Fevral 2013-cü il tarixdə Yenilik kənd klubunda Gənclər gününə həsr olunmuş tədbir keçirildi.Yenilik kənd kitabxana filialının və klubunun təşkilatçılığı ilə kecirilən tədbirdə kəndin gəncləri fəal iştirak edirdi.Klubun müdiri Tənzilə Fərzəliyeva Gənclər günü,dövlətimizin gənclərə göstərdiyi qayğı haqqında toplantı iştirakçılarına məlumat verdikdən sonra tədbir maraqlı konsert proqramı ilə davam etdirildi.

Informasiya Resurs Şöbəsinin operatoru Yusif Şükürov.



 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu