Kitabxanada 2011-ci ildən Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi tətbiq edilmiş və İRBİS-64 proqramından istifadə olunmaqla mindən çox kitabın elektron kataloqu yazılmışdır.
Mərkəzi kitabxanda oxuculara Xidmət şöbəsi, Uşaq şöbəsi, Kitabişləmə və komplektləşdirmə şöbəsi, Metodika şöbəsi, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi və informasiya-resurs şöbəsi fəaliyyət göstərir.
Hazırda kitabxanada 17 kömpüter, 1 sürət çıxarma, 1 faks və 1 skaner aparatı mövcuddur.Bunlardan 11-i internetə qoşulmuş və lokal şəbəkə yaradılmışdır.Bundan başqa Mərkəzi kitabxanada WI-FI zonası yaradılmışdır.
Oxuculara xidmət şöbəsi.
Kitabxana yaranan gündən fəaliyyət göstərir. Şöbənin fondu bədii və elmi ədəbiyyatla zəngindir. Şöbə informasiyanı əhalinin bütün təbəqələrinə çatdırmaq, daha böyük oxucu kütləsini mütaliəyə cəlb etmək məqsədilə ərazidə yerləşən bütün müəssisələrlə və əhali ilə daim sıx əlaqə saxlayır, kitabxananın fonduna yeni daxil olan ədəbiyyatlar barədə məlumatlar verir, yeni kitabların sərgilərini təşkil edir.
Şöbədə gün ərzində 9-15 oxucuya xidmət göstərilir. Şöbənin oxu zalından eyni zamanda 30 nəfər oxucuya xidmət göstərmək imkanı vardır. Şöbədə əlamətdar-tarixi günlər və yubileylərlə bağlı guşə, sərgilər və mədəni-kütləvi tədbirlər təşkil edilir.
Komplektləşdirmə və Kitabişləmə şöbəsi .
Şöbə oxucuların tələbatının dolğun ödənilməsi üçün kitabxananın universal profilli kitab fondunu komplektləşdirir. Dövlət vəsaiti hesabına və digər mənbəələrdən yeni ədəbiyyatları almaqla, kitab fondunu daim zənginləşdirir. Yeni daxil olan ədəbiyyatın uçotunu aparır,ədəbiyyatın elmi və texniki cəhətdən işlənilməsini təşkil etdikdən sonra kitabxana filallara çatdırılması işini həyata keçirir. Dövri nəşrlərə abunə işini təşkil edir. Kataloq sisteminin aparılmasına, fondun mühafizəsinə və məzmunca aktuallığını itirmiş və istifadə olunaraq yararsız vəziyyətə düşmüş ədəbiyyatlardan təmizlənməsinə nəzarət edir.
Metodika və biblioqrafiya şöbəsi.
Şöbə metodiki mərkəz olaraq MKS nəzdində fəaliyyət göstərən kitabxanalara metodiki köməklik göstərir və sistemin oxucularına biblioqrafiya xidmətini təşkil edir .Soraq-biblioqrafiya aparatını təkmilləşdirir, biblioqrafik işi əlaqələndirir və ona nəzarət edir, məqalələrin sistemli və diyarşünaslıq kartotekalarını tərtib edir. Yeni daxil olan ədəbiyyatın məlumat bülletenini və tövsiyə siyahılarını tərtib edir. Sistemin bölmələrinin fəaliyyətini məzmun, forma və metodik baxımdan əlaqələndirir. İşin yeni üsul və metodlarını öyrənməklə qabaqcıl təcrübəni aşkar edir, kadrların ixtisaslarının artırılması işinin təşkil olunmasına kömək edir. Kütləvi tədbirlərin keçirilməsinə təcrübi, metodik yardım göstərir, müxtəlif mövzularda metodik vəsaitlər hazırlayır.
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi.
Kitabxananın Elektron kataloqunun idarə olunması, elektron resusların, bazalarının yaradılması, Elektron kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, modullarının işini təşkil etmək, habelə “MKS-də kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işini təşkil edir. Hər bir internet istifadəçisi kitabxanamızın web saytına daxil olaraq elektron kataloq bölməsində resusrlarından istifadə etmək hüququna malikdir.
İnformasiya Resurs Şöbəsi.
Şöbə kitabxananın Veb- saytının idarə olunması (veb-saytın operativ yeniləşməsi, əlavə və dəyişiklərin edilməsi, domen və hostinqin fəliyyətinə nəzarət), şəbəkənin antivirus proqramının, habelə lokal və İnternet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxana-nın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin həyata keçirdiyi “Kataloqlaşdırma” modulunun bazasından isifadə edərək elektron resusların bazalarının yaradılmasını həyata keçirir. Şöbə fasiləsiz internetlə təmin olunmuş, oxucuların istifadəsinə verilmişdir. Şöbənin əsas vəzifəsi informasiyalı cəmiyyətdə istifadəçilərin informasiyaya olan təlabatını ödəməkdir.
Uşaq şöbəsi.
Mərkəzi kitabxananın Uşaq şöbəsi 1965-ci il tarixdən fəaliyyət göstərir.Rayonun uşaq əhalisinə kitabla və multmedia xidməti göstərir. 2418 oxucusu və 7060 nüsxə kitab fondu vardır. Kitab fondunun 2302 nüsxəsi latın qrafikalı,134 ədədi Nizami layihəsi ilə hazırlanmış elektron kitabdır.
Mərkəzi kitabxana həftənin bütün günləri (şənbə və bazar günləri də daxil olmaqla) fasiləsiz işləyir.
İş vaxtı: 09:00-dan 18:00-dək.
Kitabxananın ünvanı:
Az.0600 Ağsu şəhəri,Heydər Əliyev,114.
Əlavə məlumatlar.
Telefon:020-226-39-74,020-226-54-81.
Faks.020-226-54-81
Veb site.www.agsumks.webs.com
E-mail. agsumks@gmail.com