.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Gələcəyimizi qoruyaq!

30 May 2013-cü il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsi 4 saylı tam orta məktəblə birlikdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar tədbir keçirdi.Tədbiri giriş sözü ilə açan Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar tədbir iştirakçılarına məlumat verdi və Azərbaycan dövlətinin bu sahədə gördüyü işlərdən danışdı.Daha sonra 4 saylı tam orta məktəbin müəllimləri Şəlalə Qarayeva,Könül Muradxanova,Susanə Xələfova və Şahnaz Səmədova çıxış edib bayram münasibəti ilə uşaqları təbrik etdilər.Birinci sinif şagirdlərindən Jalə Sadıqova,Fatimə İbadova,Zəhra Hacalızadə,Xəyalə Gərayeva,Murad Qənbərov,5-ci sinif şagirdlərindən Aytac Musayeva,Həcər Əliyeva,Kamal Əhmədov və Kənan Namazov tədbirdə uşaqlara həsr olunmuş şeirlər söylədilər.Sonda tədbir iştirakçıları uşaq gününə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.


Kitab sərgisi təşkil edilmişdir.

18 May 2013-cü il tarixdə Mərkəzi kitabxanada İnsan Hüquqları Günü ilə əlaqədar kitab sərgisi təşkil edilmişdir.Sərgidə mövzu ilə əlaqədar kitablar,dövrü mətbuat məqalələri və internet materialları öz əksini tapmışdır.Bundan başqa MKS-nin veb saytında insan hüquqları ilə əlaqədar yaradılmış “İnsan Hüquqları qzrə İctimai Şura”,” İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi”,”Azərbaycan Gender İnformasiya Mərkəzi”,”Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili”,”İnsan hüquq və azadlıqları” və “İnsan haqları” kimi səhifələr də oxucuların istifadəsinə verilmişdir.”İnsan Hüquqları aylığı“ ilə əlaqədar Mərkəzi kitabxanada yaradılmış “Hüquq İnformasiya Mərkəzi”ndən və Uşaq şöbəsində yaradılmış “Uşaq hüququ İnformasiya Mərkəzi”ndən də oxucular məlumat ala biləcəklər. 





Qəlblərdə yaşayan insan




7 May 2013-cü il tarixdə Göydəlləkli kənd klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçirildi.Göydəlləkli kənd kitabxanasının və klubunun hazırladığı bu tədbirdə kənd əhalisi iştirak edirdi.Tədbirdə Göydəlləkli kənd orta məktəbinin direktoru Heydər Abdullayev ulu öndərin Ağsu rayonuna səfərindən,zəhmət adamları ilə görüşündən,YAP Ağsu rayon Təşkilatının Göydəlləkli kəndi üzrə ilk təşkilatının sədri Namət Qaçayev Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədən,sinif müəllimələri Aynur Kərimova , Mətanət Əhmədova təhsilə və mədəniyyətə qayğısından danışdılar.,Kənd məktəbinin şagirdləri isə yubilyara həsr olunmuş həsr olunmuş şeirlər söylədilər.Maraqlı keçən tədbirin sonunda yubileylə əlaqədar təşkil olunmuş kitab sərgisinə baxış keçirildi.

  Leyli Qarayeva.










“Xalq Heydər söyləyəcək”.

(Heydər Əliyev-90).
02 May 2013-cü il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsi Ağsu şəhər 4 saylı tam orta məktəblə birlikdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Xalq Heydər söyləyəcək” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının tarixində, türk dünyasında tutduğu yerdən söhbət açdı. 4 saylı məktəbin direktoru Şəfəq Balıyeva, müəllimi Mətləb Nuriyev Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında çıxış etdilər. Sonra məktəb şagirdləri Aytac Musayeva, Fatimə Qarakişiyeva, Şəfiqə Mirzəxanlı, Elnarə Nurəddinli, Jalə Cəbiyeva, Salatın Səmədova, Qələmnaz Əzizova, Həcər Əliyeva və İlkin Əkbərov ulu öndərə həsr olunmuş şeirlər söylədilər. Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş kitab sərgisi ilə tanış oldular və Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kino filmə baxdılar.
Uşaq şöbəsinin biblioqrafı Rəvan Eminov.





Ağsuda kitab bayramı keçirilmişdir

Ağsuda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş Kitab bayramı keçirilmişdir. Rayon rəhbərlərinin, ziyalıların, gənclərin və yeniyetmələrin qatıldığı tədbirin iştirakçıları ilk öncə parkda ulu öndərin abidəsini ziyarət etmiş, heykəlin önünə təzə-tər çiçəklər qoymuşlar. Açılış mərasimində çıxış edənlər görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən danışmışlar. Sonra “Nərgiz” uşaq bağçasının və şəhər 4 saylı tam orta məktəbi şagirdlərinin ifasında ümummilli liderimizə həsr olunmuş şerlər səsləndirilmişdir. Daha sonra iştirakçılar parkda sərgilənmiş kitablara baxmışlar. Burada öz mənalı ömrünü xalqına, onun azadlığı və firavanlığına bəxş etmiş böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan yüzlərlə kitab və jurnal nümayiş etdirilirdi . Mərkəzi rayon kitabxanasının 10 nəfərədək işçisi kitabsevərlərə ayrı-ayrı əsərlər barədə qısa, konkret bilgilər verirdilər. Tədbirdə ulu öndərə həsr olunmuş ən yaxşı şeir söyləyənlər arasında keçirilən müsabiqədə qalib gələn uşaq və yeniyetmələrə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan kitablar hədiyyə edilmişdir. Burada, habelə ən yaxşı kitabxanaçı və ən yaxşı fəal oxucu nominasiyaları üzrə müsabiqəyə də yekun vurulmuş, qaliblər – mərkəzi kitabxananın şöbə müdiri Ülkər Hacıyevaya və Camaləddin Zeynalova kitab hədiyyələri verilmişdir.
Kitab bayramında Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak etmişdir.
Sonda ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.



















 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu