.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

İctimai Hüquq İnformasiya Mərkəzi

Hörmətli istifadəçi!
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsinə dair Fəaliyyət Planının təsdiq edilməsi” haqqında Sərəncamına müvafiq olaraq 2012-ci il 28 Yanvar tarixində Ağsu rayon Mərkəzi kitabxanasının nəzdində İctimai Hüquq İnformasiya Mərkəzi yaradılmışdır. Rayonda hüquqi qanunvericilik bazası üzrə çalışan mütəxəssislər üçün Mərkəzi kitabxananın nəzdindəki İctimai Hüquqi-İnformasiya Mərkəzində hüquqa aid kitab sərgisi təşkil olunmuş, kompüterlə təmin olunmuşdur. Kompüterin internetə çıxışı vardır. Bundan başqa Kitabxanamızın VEB saytında Mərkəzdən istifadə edən oxucular üçün “İnsan Hüquqları üzrə İctimai Şura”, ”İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi”, ”Azərbaycan Gender İnformasiya Mərkəzi”, ”Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili”, ”Antikorrupsiya”, Baş Prokurorluq yanında Korrupsiyaya qarşıMübarizə İdarəsi” və “Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu” kimi linglər yaradılmışdır. Rayonda fəaliyyət göstərən hüquq –mühafizə, məhkəmə və prokurorluq orqanlarının işçiləri tərtib olunmuş qrafikə uyğun olaraq Mərkəzə dəvət olunur, oxucuları maraqlandıran sualları cavablandırırlar. Mərkəzdə çalışan mütəxəssis –kitabxanaçı istənilən ölkənin hüququ bazasına girməkdə və həmin ölkənin qanunları haqqında məlumat əldə etməkdə oxucularımıza həmişə kömək etməyə hazırdır.
Hörmətli istifadəçi! Siz saytımıza və Hüquq İnformasiya Mərkəzinə xoş gəlmisiniz!




 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu