.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Fikrət Əmirov-90.


 27 Dekabr 2012-ci il tarixdə rayon Uşaq musiqi məktəbində görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.Mərasimdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar işlər üzrə baş məsləhətçisi Nailə Bəşirova , Mədəniyyət və Tuirizm şöbəsinin müdir əvəzi Bədəlov Cəbrayıl yoldaşlar iştirak edirdi.Tədbiri giriş sözü ilə açan Uşaq musiqi məktəbinin direktoru Cavanşir Şeydazadə qonaqları salamlayaraq Fikrət Əmirovun 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 06 Fevral 2012-ci il tarixli Sərəncamı haqqında iştirakçılara məlumat verdi.Məktəbin nəzəriyyə müəllimi Könül Orucova bəstəkarın həyat və yaradıcılığı barədə məruzə etdi.Sonda məktəbin müəllim və şagird kollektivi yubilyarın əsərlərindən və mahnılarından ibarət konsert proqramı ilə çıxış etdilər.



31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi günüdür!


25 Dekabr 2012-ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında Dünya azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar yığıncaq keçirildi.Yığıncaqda rayon ziyalıları ,fəal oxucular iştirak edirdi.
Mərasimi Mərkəzi kitabxananın Metodika şöbəsinin müdiri Əhmədova Məhbubə açaraq “31 Dekabr Azərbaycanlıların milli həmrəyliyi günü“ ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 1993-cü il tarixli Fərmanı haqqında mərasim iştirakçılarına məlumat verdi.Çıxış edən Aygün Azadova,Kənan Əzizli və Akifə İmanova həmrəylik gününün təsis edilməsində ulu öndər Heydər Əliyevin rolundan,həmrəylik gününün əhəmiyyətindən danışdılar.Tədbirin sonunda Dünya azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş kitab sərgisinə və bu mövzuda kino-filmə baxış keçirildi.



M.S.Ordubadi-140.

14 Dekabr 2012-ci il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri Uşaq kitabxanasının Oxu zalının müdiri Mənsurə Qaçayeva açaraq “Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı haqqında oxuculara məlumat verdi .5 saylı məktəbin şagirdləri Orxan Hacıyev ,Çiçək İsmayılzadə və Sübham Məmmədzadə yazıçı ,şair və publicist Məmməd Səid Ordubadinin yaradıcılığı haqqında danışdılar ,əsərlərindən parçalar söylədilər.Tədbirin sonunda Məmməd Səid Ordubadinin yaradıcılığına həsr olunmuş kitab sərgisinə baxış keçirildi.


Aşıq Məhəmməd Şirvanlı - 60.

8 Dekabr 2012 - ci il tarixdə Ağsu şəhər Mədəniyyət sarayında Respublika Aşıqlar Birliyi və rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi,rayon mədəniyyət evinin metodisti Aşıq Məhəmməd Şirvanlının(Qasımov Məhəmməd Cəlal oğlu ) 60 illik yubiley tədbiri keçirildi. Yubiley məclisində rayon ictimaiyyəti , qonşu rayonların aşıqsevərləri iştirak edirdi .Tədbiri aparan Milli Elmlər Akademiyasının şöbə müdiri professor Məhərrəm Qasımlı Aşıq Məhəmməd Şirvanlının sənət yolu, onun yaratdığı Şirvan aşıq muzeyi haqqında tamaşaçılara məlumat verdi. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Ərəstun Cavadov, rayon İcra Hakimiyyətinin Başçısı Ənvər Seyidəliyev, Respublika Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, professor Seyfəddin Qəniyev, Aşıq Yanvar, Aşıq Təbriz, Aşıq Babək,Aşıq Rafik, Aidə Gülzar, balabançı Zahir Zülfüqarov, xanəndələrdən Həsənağa Babayev və Telman Qasımov yubilyarı təbrik etdilər. Ağsu rayon əhalisi həmin gün daha bir sənət adamının yubileyini təntənə ilə qeyd etdi.

Bədəlov Cəbrayıl.



Uğur olsun Salatın!

Bu günlərdə Ağsu rayonuna xoş müjdə yayılmışdır . 6-7 Dekabr 2012 - ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Yevlax şəhərində keçirilən “ İstedadlı uşaqlar ” müsabiqəsində IX sinif şagirdi Səmədova Salatın Əlifağa qızı bədii qiraət üzrə Diploma layiq görülmüşdür.Biz də Salatının sevincinə şərik olur , ona gələcək işlərində müvəffəqiyyətlər arzu edirik .

Bədəlov Cəbrayıl.




 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu