.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

20 Yanvar - Milli Qürur günümüz!


15-20 Yanvar 2013-cü il tarixlərində Ağsu rayon Mədəniyyət və Turizm şöbəsinin klub, mədəniyyət evi və kitabxanalarında 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Rayonun Mərkəzi kitabxanasının uşaq şöbəsi, Qaraqoyunlu,Növcü,
Gəgəli, İlxıçı, Curuğlu, Göydəlləkli, Kalva, Xanbulaq və sair kənd kitab-
xana və klub müəssisələrində faciənin 23 - cü ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir. Tədbirlərdə 20 yanvar faciəsinə həsr olunmuş sənədli kinofilmlər nümayiş etdirilmişdir.

Rayon Mədəniyyət evinin direktoru Mahir Məlikov.

 




Şəhidlik zirvəsinə ucalanlar.


   16 Yanvar 2013-cü il tarixdə Mərkəzi kitabxanada  20 yanvar faciəsinin 23-cü ildönümü münasibəti ilə “Şəhidlik zirvəsinə ucalanlar” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada rayon ziyalıları,fəal oxucular, 20 yanvar hadisəsinin şahidləri iştirak edirdi. Tədbiri giriş sözü ilə  açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Cəbrayıl Bədəlov 20 Yanvar hadisələri, onun səbəbləri, mahiyyəti və nəticələri haqqında  toplantı iştirakçılarına məlumat verdi. 3 saylı məktəbin müəllimi Kəmalə Babayeva “Azərbaycanda milli azadlıq hərəkatında 20 Yanvar hadisələrinin rolu” , rayon Tarix Diyarşünaslıq müzeyinin fond müdiri Xuraman Səmədova “20 Yanvar hadisələrinin günahkarları”, Təhsil şöbəsinin işçisi Mətləb Nuriyev “20 Yanvar şəhidləri”, Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva “20 Yanvar  şəhidləri və hərbi vətənpərvərlik tərbiyəsində onun rolu”  haqqında toplantı iştirakçılarına məlumat verdi. Çıxış edən şair Mirəli Abbas, 3 saylı məktəbin müəllimi Bircahan Məmmədova,1 saylı məktəbin müəllimi Sənan Dadaşov, 3 saylı məktəbin şagirdləri Nəsirov Murad, Heydərova Zəminə, Oruclu Fidan, 1saylı məktəbin şagirdləri Mikayılov Elşən, Nuriyev Radim, Əliyev Ruslan və Cavadov Nurlan çıxış edib 20 Yanvar hadisələrinin azərbaycan xalqının tarixində şan və şərəf günü olduğunu vurğuladılar. Tədbirin sonunda 20 Yanvar hadisələri haqqında cənədli film nümayiş etdirildi.
                     Mərkəzi kitabxananın metodisti: S. Əliyev.





Şəhidlər-and yerimiz!

    17 Yanvar 2013-cü il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində 20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Şəhidlər-and yerimiz” mövzusunda toplantı keçirildi.Tədbirdə 1 saylı məktəb şagirdləri,Şahmat məktəbinin müəllimləri,Uşaq bağçasının işçiləri iştirak edirdi.Tədbiri Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva açaraq 20 Yanvar hadisələri,omun səbəbləri, mahiyyəti və nəticələri haqqında tədbir iştirakçılarına qısa məlumat verdi.Sonra rayon şahmat məktəbinin direktoru Əlisa İsayev şhid adının ucalığından,gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında onun rolundan söhbət açdı.Tədbirdə iştirak edən VII a sinif şagirdləri Kamilə İsmayılova,Aqil Hacıyev,Elbəy Babalı,Kənan Yolçuyev,Rasim Kərimov,Zaur Həsənov və Elnur Atakişiyev şəhidlər haqqında şerlər söylədilər.Tədbirin sonunda 20 Yanvar faciəsi haqqında sənədli filmə və bu mövzuda təşkil olunmuş kitab sərgisinə baxış keçirildi.

Uşaq şöbəsinin Multimedia resursları üzrə mütəxəssisi N.Həbibova .




 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu