.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Fikrət Əmirov-90.


 27 Dekabr 2012-ci il tarixdə rayon Uşaq musiqi məktəbində görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.Mərasimdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar işlər üzrə baş məsləhətçisi Nailə Bəşirova , Mədəniyyət və Tuirizm şöbəsinin müdir əvəzi Bədəlov Cəbrayıl yoldaşlar iştirak edirdi.Tədbiri giriş sözü ilə açan Uşaq musiqi məktəbinin direktoru Cavanşir Şeydazadə qonaqları salamlayaraq Fikrət Əmirovun 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 06 Fevral 2012-ci il tarixli Sərəncamı haqqında iştirakçılara məlumat verdi.Məktəbin nəzəriyyə müəllimi Könül Orucova bəstəkarın həyat və yaradıcılığı barədə məruzə etdi.Sonda məktəbin müəllim və şagird kollektivi yubilyarın əsərlərindən və mahnılarından ibarət konsert proqramı ilə çıxış etdilər.



31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi günüdür!


25 Dekabr 2012-ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında Dünya azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar yığıncaq keçirildi.Yığıncaqda rayon ziyalıları ,fəal oxucular iştirak edirdi.
Mərasimi Mərkəzi kitabxananın Metodika şöbəsinin müdiri Əhmədova Məhbubə açaraq “31 Dekabr Azərbaycanlıların milli həmrəyliyi günü“ ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 1993-cü il tarixli Fərmanı haqqında mərasim iştirakçılarına məlumat verdi.Çıxış edən Aygün Azadova,Kənan Əzizli və Akifə İmanova həmrəylik gününün təsis edilməsində ulu öndər Heydər Əliyevin rolundan,həmrəylik gününün əhəmiyyətindən danışdılar.Tədbirin sonunda Dünya azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş kitab sərgisinə və bu mövzuda kino-filmə baxış keçirildi.



M.S.Ordubadi-140.

14 Dekabr 2012-ci il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri Uşaq kitabxanasının Oxu zalının müdiri Mənsurə Qaçayeva açaraq “Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı haqqında oxuculara məlumat verdi .5 saylı məktəbin şagirdləri Orxan Hacıyev ,Çiçək İsmayılzadə və Sübham Məmmədzadə yazıçı ,şair və publicist Məmməd Səid Ordubadinin yaradıcılığı haqqında danışdılar ,əsərlərindən parçalar söylədilər.Tədbirin sonunda Məmməd Səid Ordubadinin yaradıcılığına həsr olunmuş kitab sərgisinə baxış keçirildi.


Aşıq Məhəmməd Şirvanlı - 60.

8 Dekabr 2012 - ci il tarixdə Ağsu şəhər Mədəniyyət sarayında Respublika Aşıqlar Birliyi və rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi,rayon mədəniyyət evinin metodisti Aşıq Məhəmməd Şirvanlının(Qasımov Məhəmməd Cəlal oğlu ) 60 illik yubiley tədbiri keçirildi. Yubiley məclisində rayon ictimaiyyəti , qonşu rayonların aşıqsevərləri iştirak edirdi .Tədbiri aparan Milli Elmlər Akademiyasının şöbə müdiri professor Məhərrəm Qasımlı Aşıq Məhəmməd Şirvanlının sənət yolu, onun yaratdığı Şirvan aşıq muzeyi haqqında tamaşaçılara məlumat verdi. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Ərəstun Cavadov, rayon İcra Hakimiyyətinin Başçısı Ənvər Seyidəliyev, Respublika Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, professor Seyfəddin Qəniyev, Aşıq Yanvar, Aşıq Təbriz, Aşıq Babək,Aşıq Rafik, Aidə Gülzar, balabançı Zahir Zülfüqarov, xanəndələrdən Həsənağa Babayev və Telman Qasımov yubilyarı təbrik etdilər. Ağsu rayon əhalisi həmin gün daha bir sənət adamının yubileyini təntənə ilə qeyd etdi.

Bədəlov Cəbrayıl.



Uğur olsun Salatın!

Bu günlərdə Ağsu rayonuna xoş müjdə yayılmışdır . 6-7 Dekabr 2012 - ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Yevlax şəhərində keçirilən “ İstedadlı uşaqlar ” müsabiqəsində IX sinif şagirdi Səmədova Salatın Əlifağa qızı bədii qiraət üzrə Diploma layiq görülmüşdür.Biz də Salatının sevincinə şərik olur , ona gələcək işlərində müvəffəqiyyətlər arzu edirik .

Bədəlov Cəbrayıl.




Hüseyn Abbaszadə-90.

22 Noyabr 2012 – ci il tarixində Mərkəzi kitabxananın Uşaq şöbəsində H.Abbaszadənin 90 illiyi ilə əlaqədar tədbir keçirildi.Tədbiri Uşaq kitabxanasının biblioqrafı Həbibova Nuranə açaraq yazıçının yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı,həyat və yaradıcılığı haqqında oxuculara məlumat verdi.Yazıçının yaradıcılığı haqqında 1 saylı məktəbin XI a sinif şagirdləri Cəfərli Orxan,Novruzov Elvin və Sabirli Müşviq cıxış etdilər.Sonra tədbir iştirakçıları yazıçının yaradıcılığına həsr olunmuş kitab sərgisi ilə tanış oldular.


İstiqlal sənətkarı.

Mikayıl Mirzə - 65.
15 Noyabr 2012 – ci il tarixdə şəhər mədəniyyət sarayında Ağsu rayon İcra Hakimiyyəti və AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Aran Regional şöbəsinin dəstəyi ilə respublikanın xalq artisti Mikayıl Mirzənin anadan olmasının 65 illiyi ilə əlaqədar yubiley tədbiri keçirildi.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Aran Regional şöbəsinin müdiri ,filologiya elmləri namizədi Yaqut Bahadurqızı, Milli Məclisin deputatları Ərəstun Cavadov, Aqıl Abbas, xalq artistləri Nurəddin Mehdixanlı, İlham Əsgərov, əməkdar artist Əlibala Nuriyev, xanəndələr Elnarə Abdullayeva və Mütəllim Dəmirov, əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Mərzəngəli və Mikayıl Mirzənin oğlu Mətin Mirzə iştirak edirdi. Maraqlı keçən tədbirdə rayon ziyalıları, xalq artistinin sənət yoldaşları yubilyarla əlaqədar çıxış etdilər və sənətkarla bağlı xoş xatirələrini söylədilər. Sonda tədbir iştirakçıları Mikayıl Mirzənin iştirak etdiyi filmlərdən və tamaşalardan çəkilmiş parçalara baxdılar.



9 Noyabr-Dövlət Bayrağı Günüdür!

8 Noyabr 2012-ci il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində

9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirildi . Tədbiri Uşaq kitabxanasının multimedia resursları üzrə mütəxəssisi Rəvan Eminov açaraq müstəqilliyimizin rəmzlərindən olan Azərbaycan Bayrağı,onun yaranma tarixi və inkişaf mərhələləri , Azərbaycan Respublikası Prezidenti cənab Ilham Əliyevin 17 Noyabr 2009-cu il tarixli “Dövlət bayrağı gününün təsis edilməsi haqqında” Sərəncamı haqqında tədbir iştirakçılarına məlumat verdi.Tədbirin sonunda dövlət bayrağı gününə həsr olunmuş kino filmə baxış keçirildi.
Y.Şükürov

Dünya poeziyasının günəşi. Nizami Gəncəvi-870

30 Oktyabr 2012-ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə əlaqədar “Dünya poeziyasının günəşi” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru Bədəlov Cəbrayıl açaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “ Dahi Azərbaycan şairi və müfətəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında “ 23 Dekabr 2011-ci il tarixli Sərəncamı, şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi.Şəhər 3 saylı orta məktəbin müəlliməsi Yeganə Cəlilova “Dünya poeziyasının günəşi” mövzusunda məruzə ilə çıxış etdi.Məruzə ətrafında Abbasova Gülsüm, Şərifova Ağbəniz və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqınıən sədri Şükürov Telman çıxış etdilər. Bayramov Eyvaz, Əliyev Səftər,Məmmədov Əmrah, Mahmudov Elnur və Babayeva Jalə isə Nizami Gəncəvinin “Xosrov və Şirin” ,”Leyli və Məcnun”, ”Yeddi gözəl” poemalarından və qəzəllərindən parçalar söylədilər. Sonda tədbir iştirakçıları “Nizami Gəncəvi-870” kitab sərgisi ilə tanış oldular və şairin yubileyinə həsr olunmuş filmə baxdılar.





Hüseyn Cavid-130.

24 Oktyabr 2012-ci il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir keçirildi.Tədbirdə 1 saylı şəhər orta məktəbinin şagirdləri ,şahmat məktəbinin müəllim kollektivi və 1 saylı Uşaq bağçasının kollektivi iştirak edirdi.Tədbiri Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva açaraq “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında “ Azərbaycan Respublikası Prezidentinin Sərəncamı , şairin həyat və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verdi . Sonda tədbir iştirakçıları H.Cavidin yaradıcılığına həsr olunmuş kitab sərgisi ilə tanış oldular və bu mövzuda filmə baxdılar.


Azərbaycan müstəqillik yollarında.

16 Oktyabr 2012-ci il tarixdə rayon Mərkəzi kitabxanasında Azərbay-can Respublikasının müstəqillik gününə həsr olunmuş yığıncaq keçir-ildi.MKS-nin direktoru C.Bədəlov 1991-ci il 18 Oktyabr tarixli Azərbay-can Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktın-dan,müstəqillik əldə etdikdən sonra respublikamızın qazandığı nailiy-yətlərdən danışdı.Ulu öndər,ümummilli lider Heydər Əliyevin müstə-qillik sahəsindəki xidmətlərini xüsusilə vurğuladı.Yığıncaqda M.Məli-kov,D.Əliyeva və M.Hüseynov çıxış etdi.Tədbirin sonunda iştirakçılar bu mövzuda təşkil olunmuş kitab sərgisi ilə tanış oldular və müasir Azərbaycan haqqında filmə baxdılar.




Azadlıq və müstəqillik şairi

(Hüseyn Cavid -130 ) 

Bu günlərdə dahi yazıçımız Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi keçiriləcıkdir.Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur.Sənətkarın dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı olanl irik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.Yubiley ərəfəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.

Sərəncama müvafiq olaraq Ağsu rayon MKS-nin 33 saylı Çaparlı kənd kitabxana filialı da müəyyən işlər görməyi planlaşdırmışdır.Belə ki,ilk öncə şairin həyat və yaradıcılığına həsr olunmuş “Cavid ömrü” adlı kitab sərgisi təşkil olunmuşdur.Kitab sərgisində “Ulu öndər Heydər Əliyevin Hüseyn Cavid irsinə qayğısı”, “H.Cavidin lirik əsərləri”, “H.Cavidin tarixi dram əsərləri”,”H.Cavid yaradıcılığında mənzum faciə” və “Hüseyn Cavid haqqında görkəmli şəxsiyyətlərin fikirləri” kimi bölmələr yaradılmışdır.

Bundan başqa N.Cavidin əsərlərinin elektron nəşrləri və internet məlumatları Mərkəzi kitabxanadan alınıb oxucuların istifadəsinə verilmişdir.Anarın ssenarisi əsasında çəkilmiş ”Cavid ömrü” və Mehriban Ələkbərzadənin rejissorluğu ilə çəkilmiş “Zamandan kənar zəka” filmləri əldə edilmiş və keçirilən tədbirlərdə istifadə olunur.Sonda qeyd etmək istərdim ki, 33 saylı Çaparlı kənd kitabxana filialı Hüseyn Cavid yaradıcılığını xidməti ərazidə təbliğ etmək üçün əyani və şifahi təbliğatın bütün forma və metodlarından istifadə edir.

33 saylı Çaparlı kənd kitabxana filialının müdiri: Cavadov Polad Həsənağa oğlu
Ədəbiyyatımızın ən böyük klassiklərindən biri kimi şöhrətlənmiş Hüseyn Cavid qələmə aldığı faciələrdən şərq taleyinin müxttəlif ciddi problemlərini qaldırmış, tükçülük ideyalarını təbliğ etmiş, ümumbəşəri məsələləri yüksək humanizm mövqeyindən işıqlandımışdı.

Hüseyn Cavid Xəyyam, İblisin intiqamı əsərlərini oxuyarkən yazıçının azadlıq və müstəqillik vurğunu olduğunun şahidi oluruq.

Bəlkədə ən poetik, ən şairanə pyesi olan “Xəyyamda” da Cavid şərqin qədim və ziddiyyətli keçmişini artıq bir şair-filosofun timsalında tərənnüm edir. Əsrinə sığmayan şairin həyat mübarizəsi əsərin əsas süjet xəttini təşkil edir.

Hüseyn Caidin bütünlükdə bədii bioqrafiyasından qırmızı xətt kimi keçən İblis ideyası və obrazı öz qanunauyğun fəlsəfi estetik bədii yekununu dramaturqun son əsərində- faşizm əleyhinə çevirən müharibə məfkurəsini təhlilinə həsr olunan “İblisin intiqamı” –da tapır.

1937-ci ildə H. Cavid həbs olundu və 1941-ci ildə sibirdə vəfat etdi. Ümummilli liderimiz H. Əliyev H. Cavidin məzarını çox çətinliklə də olsa Sibirdən Naxçıvana gətirildi və öz dogma vətənində torpağa tapşırıldı.

İndi Azərbaycan H. Cavidin arzuladığı tam müstəqil dövlətdir- Azərbaycan bütün sahələrdə günü-gündən inkişaf edir.

Sonda Hüseyn Cavidin bir misrası yadıma düşdü . “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü “.

Çaparlı kənd kitabxanasının müdiri. P.H. Cavadov.

 

Ağsuda IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı öz işinə başlamışdır

Oktyabrın 2-də Ağsu şəhərində Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Doqquz Eylül Universitetinin, Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı öz işinə başlamışdır.

Beynəlxalq konfransın iştirakçıları əvvəlcə bu şəhərdən 4-5 kilometr cənub-şərqdə yerləşən Orta əsr Ağsu şəhər qalıqları kompleksində olmuşlar. Burada folklor nümunələrindən ibarət zəngin repertuarlı konsert proqramı təqdim edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev konfrans iştirakçılarına Orta əsr Ağsu şəhər qalıqlarında aparılan arxeoloji tədqiqatlar və onun nəticələri barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, burada ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılmışdır. Əsasən kəşfiyyat xarakterli bu tədqiqatlar nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri burada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğunu göstərmişdir.

Son illərdə isə “Miras” İctimai Birliyinin təşəbbüsü, Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən geniş tədqiqatlara başlanılmış və orta əsr Azərbaycan tarixinin, o dövr şəhər mədəniyyətinin öyrənilməsinə dair xeyli maddi-mədəniyyət nümunələri əldə olunmuşdur.

Məlumat verilmişdir ki, 1735-ci ildə Nadir Şahın əmri ilə salınmış və 70 il Şirvan xanlığının mərkəzi olan ovaxtkı Ağsu şəhəri böyük inkişaf yolu keçmişdir. Bu yaxınlarda qazıntı ərazisində aşkara çıxarılan 8 metr dərinliyində ərzaq anbarı, buradan tapılan 37 ədəd qızıl sikkə (Holland dukatları) və Şirvan xanlığına məxsus gümüş sikkələrdən ibarət dəfinələr Ağsunun geniş əlaqələrinin bariz nümunəsidir.

Sonra konfrans iştirakçıları ayrı-ayrı qazıntı sahələri, habelə “Azərbaycan kərpic memarlığı” rəsm sərgisi ilə tanış olmuşlar. Burada onlara arxeoloji tədqiqatların nəticələri barədə geniş məlumat verilmişdir.

Ağsu şəhərindəki mədəniyyət sarayında keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyənin Doqquz Eylül Universiteti Qafqaz və Orta Asiya Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Semih Çüneri, Rusiya Elmlər Akademiyasının Maddi-Mədəniyyət Tarixi İnstitutunun direktor müavini Lüdmila Sokolova, İtaliya Ali Bərpa Mərkəzinin nümayəndəsi Ernesto Borrelli, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək Avrasiya regionunda arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivlərindən söhbət açmışlar. Regionun tarixinin daha dərindən öyrənilməsində arxeoloji tədqiqatların ən etibarlı mənbə olduğu qeyd edilmiş, son illərdə Azərbaycanda bu sahədə böyük işlərin görüldüyü diqqətə çatdırılmışdır.

Daha sonra konfrans iştirakçıları Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində və İsmayıllı rayonunun Basqal qəsəbəsindəki ipəkçilik sexində olmuşlar.

Oktyabrın 3-də konfrans öz işini davam etdirəcəkdir.

“Mən Azərbaycanam!”

Xəlil Rza Ulutürk-80
27 Sentyabr 2012-ci il tarixdə Əhməd Cavad adına Ağsu rayon Mərkəzi kitabxanasında Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyi münasibəti ilə “Mən Azərbaycanam” adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Cəbrayıl Bədəlov açaraq yubileylə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 04 İyun 2012-ci il tarixli Sərəncamı,tədbirin məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verdi.Aparıcı Ağbəniz Şərifova şairin həyat və yaradıcılığı haqqında məruzə üçün sözü 3 saylı məktəbin müəlliməsi Kəmalə Babayevaya verdi.Məruzə ətrafında Tarix Diyarşünaslıq muzeyinin direktoru Sevda Dəmirova şair haqqında xatirələrini,şair Mirəli Abbas Xəlil Rza Ulutürk haqqında yazdığı şeirini ,Eyvaz Bayramov və VI –cı Respublika bədii qiraət müsabiqəsinin II dərəcəli diplomçusu Elnur Mahmudov, 3 saylı məktəbin şagirdləri Nərmin Babayeva,Lalə Babayeva və Elvira Mikayılova şairin əsərlərindən parçalar söylədilər.Tədbirin sonunda iştirakçılar bu mövzuda təşkil olunmuş kitab sərgisi və yeni multimedia nəşrləri ilə tanış oldular.









Seminar-müşavirə keçirildi.

25 Sentyabr 2012-ci il tarixdə mədəni-maarif işçilərinin seminar- müşa-virəsi oldu.Seminarda kənd klub,mədəniyyət evi və kitabxana işçiləri iştirak edirdi.Mədəniyyət və Turizm şöbəsinin müdiri K.Xanməmmədova Mədəniyyət Mərkəzlərinin yaradılması,Əsasnaməsi haqqında iştirakçılara məlumat verdi,nazirliyin bu sahədə qarşıya qoyduğu vəzifələrdən danış-dı.Rayon Mədəniyyət evinin direktoru M.Məlikov Oktyabr ayında keçirilə-cək tədbirlər,Azərbaycan Respublikası Prezidentinin Xurşid Banu Natəva-nın180,Mirzə Ələkbər Sabirin 150,Əhməd Cavadin 120,Məmməd Səid Ordubadinin 140,Nizami Gəncəvinin 870,Hüseyn Cavidin140,Xəlil Rza Ulutürkün 80,Mirvarid Dilbazinin100,Məhsəti Gəncəvinin 900,Seyid Yəhya Bakuvinin 550,Həsən bəy Zərdabinin 170 və Mirzə Fətəli Axundzadənin 200 illiyi ilə əlaqədar müvafiq Sərəncamlarından danışdı və mədəni-küt-ləvi tədbirlərin keçirilməsi metodikası barədə iştirakçılara məlumat verdi. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru C.Bədəlov mua-sir şəraitdə oxuculara xitmətin forma və metodlarından,elektron nəşrlər və onların təbliği üsullarından danışdı.Seminarın sonunda iştirakçılar tarix Diyarşünaslıq muzeyinə və Heydər Əliyev Mərkəzinə baxış keçirdilər.






 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu