.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Dünya poeziyasının günəşi. Nizami Gəncəvi-870

30 Oktyabr 2012-ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə əlaqədar “Dünya poeziyasının günəşi” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru Bədəlov Cəbrayıl açaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “ Dahi Azərbaycan şairi və müfətəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında “ 23 Dekabr 2011-ci il tarixli Sərəncamı, şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi.Şəhər 3 saylı orta məktəbin müəlliməsi Yeganə Cəlilova “Dünya poeziyasının günəşi” mövzusunda məruzə ilə çıxış etdi.Məruzə ətrafında Abbasova Gülsüm, Şərifova Ağbəniz və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqınıən sədri Şükürov Telman çıxış etdilər. Bayramov Eyvaz, Əliyev Səftər,Məmmədov Əmrah, Mahmudov Elnur və Babayeva Jalə isə Nizami Gəncəvinin “Xosrov və Şirin” ,”Leyli və Məcnun”, ”Yeddi gözəl” poemalarından və qəzəllərindən parçalar söylədilər. Sonda tədbir iştirakçıları “Nizami Gəncəvi-870” kitab sərgisi ilə tanış oldular və şairin yubileyinə həsr olunmuş filmə baxdılar.





Hüseyn Cavid-130.

24 Oktyabr 2012-ci il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir keçirildi.Tədbirdə 1 saylı şəhər orta məktəbinin şagirdləri ,şahmat məktəbinin müəllim kollektivi və 1 saylı Uşaq bağçasının kollektivi iştirak edirdi.Tədbiri Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva açaraq “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında “ Azərbaycan Respublikası Prezidentinin Sərəncamı , şairin həyat və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verdi . Sonda tədbir iştirakçıları H.Cavidin yaradıcılığına həsr olunmuş kitab sərgisi ilə tanış oldular və bu mövzuda filmə baxdılar.


Azərbaycan müstəqillik yollarında.

16 Oktyabr 2012-ci il tarixdə rayon Mərkəzi kitabxanasında Azərbay-can Respublikasının müstəqillik gününə həsr olunmuş yığıncaq keçir-ildi.MKS-nin direktoru C.Bədəlov 1991-ci il 18 Oktyabr tarixli Azərbay-can Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktın-dan,müstəqillik əldə etdikdən sonra respublikamızın qazandığı nailiy-yətlərdən danışdı.Ulu öndər,ümummilli lider Heydər Əliyevin müstə-qillik sahəsindəki xidmətlərini xüsusilə vurğuladı.Yığıncaqda M.Məli-kov,D.Əliyeva və M.Hüseynov çıxış etdi.Tədbirin sonunda iştirakçılar bu mövzuda təşkil olunmuş kitab sərgisi ilə tanış oldular və müasir Azərbaycan haqqında filmə baxdılar.




Azadlıq və müstəqillik şairi

(Hüseyn Cavid -130 ) 

Bu günlərdə dahi yazıçımız Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi keçiriləcıkdir.Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur.Sənətkarın dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı olanl irik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.Yubiley ərəfəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.

Sərəncama müvafiq olaraq Ağsu rayon MKS-nin 33 saylı Çaparlı kənd kitabxana filialı da müəyyən işlər görməyi planlaşdırmışdır.Belə ki,ilk öncə şairin həyat və yaradıcılığına həsr olunmuş “Cavid ömrü” adlı kitab sərgisi təşkil olunmuşdur.Kitab sərgisində “Ulu öndər Heydər Əliyevin Hüseyn Cavid irsinə qayğısı”, “H.Cavidin lirik əsərləri”, “H.Cavidin tarixi dram əsərləri”,”H.Cavid yaradıcılığında mənzum faciə” və “Hüseyn Cavid haqqında görkəmli şəxsiyyətlərin fikirləri” kimi bölmələr yaradılmışdır.

Bundan başqa N.Cavidin əsərlərinin elektron nəşrləri və internet məlumatları Mərkəzi kitabxanadan alınıb oxucuların istifadəsinə verilmişdir.Anarın ssenarisi əsasında çəkilmiş ”Cavid ömrü” və Mehriban Ələkbərzadənin rejissorluğu ilə çəkilmiş “Zamandan kənar zəka” filmləri əldə edilmiş və keçirilən tədbirlərdə istifadə olunur.Sonda qeyd etmək istərdim ki, 33 saylı Çaparlı kənd kitabxana filialı Hüseyn Cavid yaradıcılığını xidməti ərazidə təbliğ etmək üçün əyani və şifahi təbliğatın bütün forma və metodlarından istifadə edir.

33 saylı Çaparlı kənd kitabxana filialının müdiri: Cavadov Polad Həsənağa oğlu
Ədəbiyyatımızın ən böyük klassiklərindən biri kimi şöhrətlənmiş Hüseyn Cavid qələmə aldığı faciələrdən şərq taleyinin müxttəlif ciddi problemlərini qaldırmış, tükçülük ideyalarını təbliğ etmiş, ümumbəşəri məsələləri yüksək humanizm mövqeyindən işıqlandımışdı.

Hüseyn Cavid Xəyyam, İblisin intiqamı əsərlərini oxuyarkən yazıçının azadlıq və müstəqillik vurğunu olduğunun şahidi oluruq.

Bəlkədə ən poetik, ən şairanə pyesi olan “Xəyyamda” da Cavid şərqin qədim və ziddiyyətli keçmişini artıq bir şair-filosofun timsalında tərənnüm edir. Əsrinə sığmayan şairin həyat mübarizəsi əsərin əsas süjet xəttini təşkil edir.

Hüseyn Caidin bütünlükdə bədii bioqrafiyasından qırmızı xətt kimi keçən İblis ideyası və obrazı öz qanunauyğun fəlsəfi estetik bədii yekununu dramaturqun son əsərində- faşizm əleyhinə çevirən müharibə məfkurəsini təhlilinə həsr olunan “İblisin intiqamı” –da tapır.

1937-ci ildə H. Cavid həbs olundu və 1941-ci ildə sibirdə vəfat etdi. Ümummilli liderimiz H. Əliyev H. Cavidin məzarını çox çətinliklə də olsa Sibirdən Naxçıvana gətirildi və öz dogma vətənində torpağa tapşırıldı.

İndi Azərbaycan H. Cavidin arzuladığı tam müstəqil dövlətdir- Azərbaycan bütün sahələrdə günü-gündən inkişaf edir.

Sonda Hüseyn Cavidin bir misrası yadıma düşdü . “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü “.

Çaparlı kənd kitabxanasının müdiri. P.H. Cavadov.

 

Ağsuda IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı öz işinə başlamışdır

Oktyabrın 2-də Ağsu şəhərində Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Doqquz Eylül Universitetinin, Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı öz işinə başlamışdır.

Beynəlxalq konfransın iştirakçıları əvvəlcə bu şəhərdən 4-5 kilometr cənub-şərqdə yerləşən Orta əsr Ağsu şəhər qalıqları kompleksində olmuşlar. Burada folklor nümunələrindən ibarət zəngin repertuarlı konsert proqramı təqdim edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev konfrans iştirakçılarına Orta əsr Ağsu şəhər qalıqlarında aparılan arxeoloji tədqiqatlar və onun nəticələri barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, burada ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılmışdır. Əsasən kəşfiyyat xarakterli bu tədqiqatlar nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri burada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğunu göstərmişdir.

Son illərdə isə “Miras” İctimai Birliyinin təşəbbüsü, Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən geniş tədqiqatlara başlanılmış və orta əsr Azərbaycan tarixinin, o dövr şəhər mədəniyyətinin öyrənilməsinə dair xeyli maddi-mədəniyyət nümunələri əldə olunmuşdur.

Məlumat verilmişdir ki, 1735-ci ildə Nadir Şahın əmri ilə salınmış və 70 il Şirvan xanlığının mərkəzi olan ovaxtkı Ağsu şəhəri böyük inkişaf yolu keçmişdir. Bu yaxınlarda qazıntı ərazisində aşkara çıxarılan 8 metr dərinliyində ərzaq anbarı, buradan tapılan 37 ədəd qızıl sikkə (Holland dukatları) və Şirvan xanlığına məxsus gümüş sikkələrdən ibarət dəfinələr Ağsunun geniş əlaqələrinin bariz nümunəsidir.

Sonra konfrans iştirakçıları ayrı-ayrı qazıntı sahələri, habelə “Azərbaycan kərpic memarlığı” rəsm sərgisi ilə tanış olmuşlar. Burada onlara arxeoloji tədqiqatların nəticələri barədə geniş məlumat verilmişdir.

Ağsu şəhərindəki mədəniyyət sarayında keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyənin Doqquz Eylül Universiteti Qafqaz və Orta Asiya Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Semih Çüneri, Rusiya Elmlər Akademiyasının Maddi-Mədəniyyət Tarixi İnstitutunun direktor müavini Lüdmila Sokolova, İtaliya Ali Bərpa Mərkəzinin nümayəndəsi Ernesto Borrelli, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək Avrasiya regionunda arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivlərindən söhbət açmışlar. Regionun tarixinin daha dərindən öyrənilməsində arxeoloji tədqiqatların ən etibarlı mənbə olduğu qeyd edilmiş, son illərdə Azərbaycanda bu sahədə böyük işlərin görüldüyü diqqətə çatdırılmışdır.

Daha sonra konfrans iştirakçıları Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində və İsmayıllı rayonunun Basqal qəsəbəsindəki ipəkçilik sexində olmuşlar.

Oktyabrın 3-də konfrans öz işini davam etdirəcəkdir.
 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu