.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır.

30 Aprel 2013-cü il tarixdə Mərkəzi kitabxanada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “ Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır ” mövzusunda tədbir keçirildi.Tədbirdə rayon ziyalıları , gənclər və kitabxananın oxucuları iştirak edirdi.Mərasimi açan rayon MKS-nin direktoru Bədəlov Cəbrayıl ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 Yanvar 2013-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında tədbir iştirakçılarına məlumat verdi.Tədbirdə 3 saylı məktəbin müəllimələri Yeganə Cəlilova, Bircahan Məmmədova, 4 saylı məktəbin müəllimi Sənan Nemətov, Mərkəzi kitabxananın Uşaq şöbəsinin işçisi Rəvan Eminov ulu öndərin həyat və fəaliyyətinin müxtəlif cəhətləri haqqında çıxış etdilər. Sonda tədbir iştirakçıları dahi rəhbərə həsr olunmuş kitab sərgisi ilə tanış oldular və yubileylə bağlı kino filmə baxdılar.








Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert.


30 Aprel 2013-cü il tarixdə şəhər mədəniyyət sarayında Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konsert  təşkil edildi.Rayon Uşaq musiqi məktəbinin təşkil etdiyi konsertə rayon ziyalıları,idarə və təşkilatlardan nümayəndələr dəvət olunmuşdu.Məktəbin xor  kollektivinin ifasında Azadlıqmarşı,Siyavuş Kəriminin ifasında Uşaqların himni,müəllimlər  Nicat Umbayev və Yaqut Mustafayevin  ifasında Qara Qarayevin İldırımlı yollarla baletindən parça,fortepianoda Gürşad Qasımova və tarda Nicat  Umbayevin ifasında Cahangir Cahangirovun Aylı gecə”,Nurlan Quluyevin ifasında Azərbaycan”,Salatın Səmədovanın ifasında Azərbaycan ,bir də Heydər” mahnıları  və seirlər tamaşaçılar tərəfindən maraqla dinlənildi.Geniş proqramlı yubiley konserti uzun müddət ağsuluların xatirəsindən silinməyəcəkdir.
                       Mərkəzi kitabxananın işçisi Səftər Əliyev.



 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu