Ağsu rayonuna 2 milyon manat ayırılıb
Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağsu rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
Prezident İlham Əliyevin “Ağsu rayonunda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 3,7 milyon manat vəsait hesabına Ağsu şəhərinə dağlardan su kəməri çəkilib.
Milli.Az xəbər portalı AzərTAca istinadən xəbər verir ki, şəhərə 21 kilometr məsafədən 219 millimetrlik polad borularla Quzay kəndinin Suluçay ərazisindəki bulaqların suyu gətirilib. Bulaq suyu Ağsu çayının sahili ilə çəkilən kəmərlə öz axını ilə gətirilərək şəhərin şimal hissəsində tikilmiş 500 tonluq anbara vurulur. Oradan isə hələlik mövcud kəmərlə şəhərə, eyni zamanda rayon mərkəzinə bitişik olan Qaraqaşlı və yaxınlıqdakı Pirhəsənli kəndlərinə verilir.
Bu məqsədlə Pirhəsənli kəndində ayrı-ayrı məhəllələrdə 3 bulaq tikilmişdir. Hazırda hər birinin tutumu 500 ton olan daha 2 su anbarında da tamamlanma işləri aparılır.
Bununla da Ağsu şəhərinin və yaxın 2 kəndin sakinlərinin onilliklər boyu ekoloji cəhətdən təmiz suya olan ehtiyacları aradan qaldırılıb.
Rayonda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə gələn il Girdiman çayının yatağından şəhərə və digər yaxın kəndlərə ikinci su kəmərinin çəkilməsi, habelə şəhərdaxili su və kanalizasiya xətlərinin təzələnməsi nəzərdə tutulub.
Milli.Az
Hacıqabul və Ağsuda yeni kənd və qəsəbələr yaradılır
Hacıqabul və Ağsu rayonlarında yeni kənd və qəsəbə inzibati ərazi dairələri yaradılır.
APA-nın məlumatına görə, bununla bağlı qanun layihələri Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb. “Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsində Nəvahı qəsəbəsinin və Pirsaat kəndinin Nəvahı kənd inzibati ərazi dairəsinin tərkibindən, Qızılburun kəndinin isə Atbulaq kənd ərazi dairəsindən ayrılaraq həmin kənd mərkəz olmaqla ayrıca Qızılburun kənd ərazi dairəsinin yaradılması və Respublika Ərazi Vahidlərinin Dövlət Reystrinə salınması təklif olunur.
“Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsində isə Ağsu rayonunun Padar kəndinin tərkibindəki Nəmirli kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi həmin inzibati ərazi dairəsinin tərkibində qalmaqla Bənəcik kəndi adlandırılması təklif edilir.
Komitənin sədri Arif Rəhimzadə bildirib ki, Hacıqabul rayonunda yaradılan yeni ərazi vahidləri kifayət qədər böyük yaşayış məntəqələridir. Ağsu rayonunda yaradılan Bənəcik kəndində isə 155 nəfər yaşayır və kəndin 200 hektardan artıq sahəsi var. Millət vəkili Fəzail İbrahimli isə Ağsuda yaradılan kəndin Bənəcik adlandırılmasını düzgün saymayıb. Bənəcik adının mənasının izahını tələb edən deputat bildirib ki, etik cəhətdən bu ad yaxşı səslənmir və kəndə verilməsi doğru deyil.
Səməd Məlikzadə
Ağsu çox dəyişib
Çoxdan eşitdiyim bir rəvayət belə başlanır: uzaq-uzaq ellərdən, boz və susuz çöllərdən keçib gələn atlılar günortaya yaxın dağların ətəklərinə çatır. Onlar istinin və susuzluğun təsirindən dincəlmək qərarına gəlirlər. Dağların havası bir qədər sonra uzun yolun ağrılarını atlılara unutdurur...
Qəfil kimsə qışqırır: - Ax, su! Ax, su!...
Hamı səs gələn tərəfə yüyürür. Onlar dağın günbatana baxan səmtində, iki qaya parçası arasından bulağın qaynayaraq axıb getdiyini görürlər. Onları səsləyən yoldaşları hələ də sevinclə qışqırırdı: -Qardaşlar, su, su...
Bir azdan bulaq başında tonqal qalanır, süfrəyə hazırlıq görülür.
Ondan sonra həmin yer yolçular üçün “Axsu“ adlı məkan kimi yadda qalır və dillərə düşür. Neçə illər ötür və “Axsu“ sözü “Ağsu“ toponimi kimi formalaşır. Bu isə, araşdırıcıların fikrincə,“ böyük su“ anlamını verir.
Ağsunun əsl tarixi də bizi uzaq əsrlərə aparıb çıxarır. Åžəhərin üç-dörd kilometr cənubunda “Xaraba şəhər“in qalıqları indi də durur. Tarixçilərin söylədiyinə görə, bu şəhərin ərazisi dördkünc formada olub və uca qala divarları ilə əhatə edilib. Onu da yazırlar ki, 1743-cü ildə Nadir şah Åžamaxını dağıdaraq əhalisinin xeyli hissəsini Ağsuya köçürüb. (Buna səbəb İran əsarətinə qarşı bu bölgədə tez-tez baş verən üsyanlar olub.) Həmin vaxtdan Ağsu bir müddət Yeni Åžamaxı adlandırılıb. 1796-cı ildə Ağa Məhəmməd Åžah Qacarın qoşunları Ağsunu viran qoyub. Amma illər, əsrlər ötdükcə Ağsu yaşayış məskəni kimi yenidən formalaşıb və Åžirvanın gözəl yaşayış mərkəzlərindən birinə çevrilib... Bu da Ağsunun keşməkeşli qısa həyat tarixçəsi.
Ağsu şəhəri bu gün əslində dolaylardan başlanır. Neçə illər əvvəl bu dolayları çıxıb-düşmək sürücülərin gözünə dağ kimi dururdu. Amma dolaylar müsir yol halına salındığından indi sürücülər bu yerlərdən rahat və təhlükəsiz ötüb keçirlər. Bununla yanaşı, indi Ağsu dolaylarının ətrafında gözəl istirahət mərkəzləri fəaliyyət göstərir.
Bəli, Ağsu dolaylardan başlanır. Bunu rayon mərkəzinə qədəm qoyan hər kəs ilk baxışda hiss edir. Çünki son illər Ağsuda başlanmış geniş abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri dağların sinəsinə də öz izlərini salıb. Belə ki, Ağsunun girəcəyində- dağların ətəklərində son aylar salınmış istirahət mərkəzində tamamlama işləri görülür. Son aylar Bakı-Qazax avtomobil yolu ilə ötüb keçənlər rayon mərkəzinin dağlara qovuşan hissəsinin çox dəyişdiyini aydın görürlər. Çünki bu yerlər tamamilə yenidən qurulub, bir-birinin ardınca yeni ünvanlar yaradılıb. Yeni avtovağzal kompleksi, şəhidlərin xatirə kompleksi, müasir şirə zavodu və sair. Yaxın günlərdə bu küçə boyunca idman kompleksinin, uşaq-gənclər yaradıcılıq mərkəzinin və digər obyeklərin də təməlinin atılacağı gözlənilir. Ümumiyyətlə, son iki ildə Ağsu şəhərinin əksər küçələrində əsaslı yenidənqurma işləri aparılıb. İlk növbədə, şəhərin elektrik, qaz, su, kanalizasiya xətləri tamamilə yenidən qurulub. Əksər küçələrin və məhəllələrin asfalt örtüyü yenilənib, şəhər ərazisində on minlərlə yeni ağac və gül kolları əkilib. Ağsunun mərkəzi meydanı müasir hala gətirilib. Åžəhərdə istifadəyə verilən yeni bina və mərkəzlərin hamısını sadalasaq uzun bir siyahı alınar. Xoşagələn cəhət odur ki, tikinti və abadlıq işləri getdikcə daha geniş vüsət alır. Rayonun kəndlərində də abadlığa, sosial problemlərin həllinə xüsusi fikir verilir. Bu, onu göstərir ki, rayon rəhbərliyinin planları daha genişdir...
Bütün deyilənlərin nəticəsidir ki, indi Ağsuya gələn hər kəs şəhəri gəzməkdən yorulmur, gördüklərindən təəssüf hissi keçirmir.Çünki Ağsu çox dəyişib. Sağ olsun əməyini əsirgəməyənlər.
Ağsu haqqında söhbət düşəndə əvvəllər bəzi dostlarım zarafatla mənə “Qürbətdə deyərdin Zülali vətənim var, Ensin gözünə qarə su, Ağsu vətən oldu“ misralarını söyləyirdilər. Onda mən rayon mərkəzinin mövcud durumunun, insanlarının əhval-ruhiyyəsinin hələ də Zülalinin dediyinə bənzər olduğunu xatırlayıb susurdum. Bu gün isə həmin dostlarıma deyirəm: -Yəqin ki, şair bugünki Ağsunu görsəydi nikbin misralar söyləyərdi. İnanmırsınızsa, Ağsuya gedin. O zaman siz də bu məkanın dəyişdiyini görüb sevinəcəksiniz.
Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illərdə Ağsu rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, ümumi məhsul buraxılışı 3,8 dəfə, sənaye məhsulunun həcmi 5,0 dəfə artmış, bir sıra sosial yönümlü obyektlər, istehsal müəssisələri tikilərək istifadəyə verilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılmış, geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Ağsu şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağsu Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2011-ci il.
İlham Əliyev Ağsunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqındasərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Gün.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Son illərdə Ağsu rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, ümumi məhsul buraxılışı 3,8 dəfə, sənaye məhsulunun həcmi 5,0 dəfə artmış, bir sıra sosial yönümlü obyektlər, istehsal müəssisələri tikilərək istifadəyə verilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılmış, geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Ağsu şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağsu Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.
AZƏRBAYCAN RESPUBLİKASININ AĞSU, UCAR
VƏ ZƏRDAB RAYONLARININ SOSİAL-İQTİSADİ
İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ
DAİR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ölkənin bütün regionlarında, o cümlədən Ağsu, Ucar və Zərdab rayonlarında uğurla həyata keçirilir.
Dövlət Proqramının icrası nəticəsində qeyd olunan rayonların sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verir, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılır, yeni iş yerləri açılır, infrastruktur genişləndirilir.
Bununla yanaşı Ağsu, Ucar və Zərdab rayonlarının sosial-iqtisadi inkişafında, abadlıq və tikinti-quraşdırma işlərinin aparılmasında olan problemlər hələ də qalmaqdadır.
2006-cı il iyunun 29-30-da Azərbaycan Respublikası Prezidentinin həmin rayonlara səfəri zamanı əldə olunmuş nailiyyətlər və mövcud problemlər müzakirə edilmiş, əhali tərəfindən səslənən təkliflər dinlənilmiş, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi müəyyənləşdirilmişdir.
Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Ağsu, Ucar və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Ağsu, Ucar və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: - bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Tədbirlər Planının həyata keçirilməsi ilə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2006-cı il.
AZƏRBAYCAN RESPUBLİKASININ AĞSU, UCAR VƏ ZƏRDAB RAYONLARININ SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR
TƏDBİRLƏR PLANI
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 24 avqust tarixli Sərəncamı ilə
təsdiq edilmişdir
Min manat (AZN)
Sıra №-si Tədbirin adı İcraçı təşkilat Ümumi tələb olunan vəsait O cümlədən illər üzrə Maliyyə mənbəyi
2006 2007 Öz vəsaiti hesabına Digər mənbələr 1. Azərbaycan Respublikasının Ağsu rayonu üzrə
1.1. Uzunluğu 36,1 km olan Yuxarı Şirvan kanalının Ağsu maşın kanalı qolunun və nasos stansiyasının əsaslı təmiri “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti 1000,0 300,0 700,0 - 1000,0
1.2. Padar kəndini Ağsu-Göyçay magistral yolu ilə birləşdirən yolun 3,5 km hissəsinin əsaslı təmiri NəqliyyatNazirliyi 300,0 - 300,0 300,0 –
1.3. Ağsu şəhərində 5,8 km və ya 46400 kv.m. şəhərdaxili yolların təmiri və asfaltlaşdırılması, 3 km və ya 24000 kv.m. yeni yolların tikilməsi Rayon icra hakimiyyəti 325,0 - 325,0 - 325,0
Cəmi: 1625,0 300,0 1325,0 300,0 1325,0
2. Azərbaycan Respublikasının Ucar rayonu üzrə
2.1. Müsüslü-Qazyan avtomobil yolunun 18 km hissəsinin asfaltlaşdırılması NəqliyyatNazirliyi 400,0 - 400,0 400,0 –
2.2. Ucar şəhərinin 35 km və ya 220000 kv.m. şəhərdaxili yollarının təmiri və asfaltlaşdırılması Rayon icra hakimiyyəti 310,0 - 310,0 - 310,0
2.3. Ucar şəhərində 12 ikimərtəbəli binanın yararsız vəziyyətdə olan dam örtüyünün əsaslı təmiri Rayon icra hakimiyyəti 30,0 - 30,0 - 30,0
Cəmi: 740,0 - 740,0 400,0 340,0
3. Azərbaycan Respublikasının Zərdab rayonu üzrə
3.1. Ümumi uzunluğu 79 km olan kəndarası yolların əsaslı təmiri və asfaltlaşdırılması NəqliyyatNazirliyi 600,0 - 600,0 600,0 –
3.2. Zərdab şəhərinin 2 km və ya 12000 kv.m. şəhərdaxili yollarının əsaslı təmiri və asfaltlaşdırılması Rayon icra hakimiyyəti 50,0 - 50,0 - 50,0
3.3. Zərdab şəhərinin yaşayış məhəllələrinin, park və meydanlarının abadlaşdırılması Rayon icra hakimiyyəti 200,0 - 200,0 - 200,0
Cəmi: 850,0 - 850,0 600,0 250,0
Yekun: 3215,0 300,0 2915,0 1300,0 1915,0
Ağsu, Ucar və Ağdaş rayonlarının hər birinə 2 milyon manat ayrıldı
Prezident İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az Azərtac-a istinadən xəbər verir ki, sərəncama əsasən, Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağsu Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılıb.
Prezidentin imzaladığı digər sərəncamlarla Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ucar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat, Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağdaş Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Ağsu rayonunda yeni xəstəxananın tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Ağsu rayonunda yeni Mərkəzi Xəstəxananın tikintisinə başlanılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 noyabr 2011-ci il.
AĞSU RAYONUNDA ƏHALİNİN İÇMƏLİ SU İLƏ TƏMİNATININ DAHA DA YAXŞILAŞDIRILMASINA DAİR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Ağsu rayonunun sosial-iqtisadi inkişafı, genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılması sahəsində son illər bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə işlərin davam etdirilməsi, o cümlədən əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması üçün rayonun dağlıq ərazisindəki mənbələrdən Ağsu şəhərinə 25 km uzunluğunda içməli su kəmərinin çəkilməsi və digər zəruri tədbirlərin görülməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağsu rayon İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr 2009-cu il.