.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

“Xocalıya ədalət”

25 Fevral 2012-ci il tarixdə Mərkəzi kitabxanada “Xocalıya dalət” mövzusunda dəyirmi masa keçirildi.Dəyirmi masada rayon ziyalıları,Ağsu rayonunda məskunlaşan Xocalı sakinləri və mədəni-maarif işçiləri iştirak edirdi.Dəyirmi masanı MKS-nin Metodika şöbəsinin müdiri M.Əhmədova açdı və Xocalıda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.O,Xocalı soyqrımı,bu barədə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Sərəncamı və bununla əlaqədar kitabxana filiallarında keçirilən tədbirlərdən danışdı.Vurğuladı ki,bu gün azərbaycan dövləti Xocalı soyqrımının bütün dünyada tanınması üçün intensiv iş aparır.Bu haqq işimizdə böyük əməyi olan hər kəsə dərin minnətdarlığını bildirən natiq sözü Təhsil şöbəsinin metodisti M.Nuriyevə verdi.O,Xocalı soyqrımının dünya dövlətləri tərəfindən tanınması istiqamətində aparılan işlərdən danışdı.Azərbaycan diasporunun fəaliyyətinə yüksək qiymət verən natiq bu sahədə aparılması vacib olan məsələlərdən danışdı.Daha sonra çıxış edən Xocalı sakini E.Bağırova Xocalı qaçqını E.Bağırova ermənilərin onların başına gətirdikləri vəhşiliklərindən danışdı.Vurğuladı ki,bizim xalqımız erməni vəhşiliklərini gərək heç bir vaxt unutmasın. Xüsusilə də gənclərimiz. O,milli münaqişə başlanandan ağsuluların Xocalı camaatına göstərdikləri qayğıdan söz açıb onlara çətin məqamda göstərdikləri köməyə görə minnətdarlığını bildirdi.Sonda bütün xalqımızı birliyə səsləyib qaçqınlara göstərdiyi qayğıya,Xocalı soyqrımının dünya miqyasında tanınması sahəsində apardığı siyasətə və ordu quruculu-ğundakı nailiyyətlərimizə görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz təşəkkürünü bildirdi. P.Osmanov, A.Ə.Məmmədov ,Ü.B.Hacıyeva və başqa yoldaşlar da dəyirmi masada çıxış edib Xocalı soyqrımının bütün dövlətlər tərəfindən tanınması istiqamətində aparılan işlərdən danışdılar və öz təkliflərini söylədilər.Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş kino-filmə baxıldı.

     

      

      

 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu