.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Aşıq Şakir-90

Aşıq Şakir-90
   15  Mart  2012-ci il tarixdə  şəhər  Mədəniyyət  sarayında Aşıq Şakir Hacıyevin 90 illik yubileyi keçirildi.Tədbir  AMEA  N.Gəncəvi  adına  Milli Azərbaycan  Ədəbiyyatı Muzeyinin Aran Regional  şöbəsinin və  Ağsu rayon İcra Hakimiyyətinin  təşkilati dəstəyi ilə həyata keçirildi.Yubileydə Milli Məclisin deputatı Ə.Cavadov, akademik V.Məmmədəliyev, professor N.Şəmsizadə, professor  S.Qəniyev, AMEA-nin filologiya institutunun şöbə müdiri E.Məmmədli, xanəndə, xalq artisti  Mələkxanım Eyyubova, əməkdar mədəniyyət işçisi ,Şirvan Aşıqlar birliyinin sədri  Aşıq Ağamurad Mərzəngəli,əməkdar mədəniyyət  işçisi ,dosent Aşıq  Əhliman, xanəndə ,III Muğam müsabiqəsinin qalibi Mirələm Mirələmov,Aşıq  Məhəmməd Şirvani ,  Aşıq Şakirin övladları və nəvəsi Aşıq Babək Şakirli iştirak edirdi.Tədbir iştirakçıları  əvvəlcə  Uşaq Gənclər  Bədii Yaradıcılıq  Mərkəzində Aşıq Şakir Hacıyevin otağına baxış keçirdilər.Heydər Əliyev abidəsinə gülqoyma mərasimindən  sonra  AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru , AMEA- nin müxbir üzvü ,professor Rafael Hüseynovun  aparıcılığı ilə   tədbir  başladı.Tədbir  Aşıq Şakirin ifasında “Şirvan şikəstəsi” ilə bağlandı.

   
   
       
   

 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu