.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Milli Qəhramanları

Əliyev Yusif Əliyusif oğlu


2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çagırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində keçmişdir. 1990-cı ioldə ordudan tərxis olunaraq Bakıya qayıtmışdır. İlk döyüş yolu 1991-ci ilin fevralında Goranboydan başlamışdır. Həmin ərəfədə ermənilər Buzluq, Mənəşid, Erkəs kəndləri istiqamətindən hücumlar edilmişlər. Ancaq fevralın 24-də Mənəşid kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşüblər. 1991-ci il sentyabrın 14-də düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin həyatı bahasına başa gəlmişdir.Həmin döyüşdə yoldaşlarına silah çatdirarkən özü qəhrəmancasına həlak olmuşdur.Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.Ailəli idi. Bir oğlu yadigar qalıb.
 Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb Milli Qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.


Ramazanov Şamil Ağasəf oğlu 


19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur. 1993-cü ildə kənd orta məktəbində onuncu sinfi bitirmiş, bir il təsərrüfatda çalışmışdır. 1994-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Bir neçə ay hərbi təlim keçdikdən sonra 777 saylı hərbi hissəyə göndərilmişdir. Orduda cəmi bir il xidmət etməsinə baxmayaraq, peşəkar bir döyüşçü kimi tanınmışdır. Atəşkəs elan olunsa da mütəmadi olaraq hərbi təlimlər keçirdilər. 1995-ci il məlum mart hadisələri zamanı silahlı dəstələrin qarşısını almaq üçün özlərini irəli atan igidlərimizin içərisində Şamil də vardı. Güclü atışma zamanı gənc döyüşçü ağır yaralandı və aldığı yaradan da qəhrəmancasına həlak oldu.Subay idi.Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.Rəhimli kəndində dəfn edilmişdir.
 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu