.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Azadlıq və müstəqillik şairi

(Hüseyn Cavid -130 ) 

Bu günlərdə dahi yazıçımız Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi keçiriləcıkdir.Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur.Sənətkarın dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı olanl irik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.Yubiley ərəfəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.

Sərəncama müvafiq olaraq Ağsu rayon MKS-nin 33 saylı Çaparlı kənd kitabxana filialı da müəyyən işlər görməyi planlaşdırmışdır.Belə ki,ilk öncə şairin həyat və yaradıcılığına həsr olunmuş “Cavid ömrü” adlı kitab sərgisi təşkil olunmuşdur.Kitab sərgisində “Ulu öndər Heydər Əliyevin Hüseyn Cavid irsinə qayğısı”, “H.Cavidin lirik əsərləri”, “H.Cavidin tarixi dram əsərləri”,”H.Cavid yaradıcılığında mənzum faciə” və “Hüseyn Cavid haqqında görkəmli şəxsiyyətlərin fikirləri” kimi bölmələr yaradılmışdır.

Bundan başqa N.Cavidin əsərlərinin elektron nəşrləri və internet məlumatları Mərkəzi kitabxanadan alınıb oxucuların istifadəsinə verilmişdir.Anarın ssenarisi əsasında çəkilmiş ”Cavid ömrü” və Mehriban Ələkbərzadənin rejissorluğu ilə çəkilmiş “Zamandan kənar zəka” filmləri əldə edilmiş və keçirilən tədbirlərdə istifadə olunur.Sonda qeyd etmək istərdim ki, 33 saylı Çaparlı kənd kitabxana filialı Hüseyn Cavid yaradıcılığını xidməti ərazidə təbliğ etmək üçün əyani və şifahi təbliğatın bütün forma və metodlarından istifadə edir.

33 saylı Çaparlı kənd kitabxana filialının müdiri: Cavadov Polad Həsənağa oğlu
Ədəbiyyatımızın ən böyük klassiklərindən biri kimi şöhrətlənmiş Hüseyn Cavid qələmə aldığı faciələrdən şərq taleyinin müxttəlif ciddi problemlərini qaldırmış, tükçülük ideyalarını təbliğ etmiş, ümumbəşəri məsələləri yüksək humanizm mövqeyindən işıqlandımışdı.

Hüseyn Cavid Xəyyam, İblisin intiqamı əsərlərini oxuyarkən yazıçının azadlıq və müstəqillik vurğunu olduğunun şahidi oluruq.

Bəlkədə ən poetik, ən şairanə pyesi olan “Xəyyamda” da Cavid şərqin qədim və ziddiyyətli keçmişini artıq bir şair-filosofun timsalında tərənnüm edir. Əsrinə sığmayan şairin həyat mübarizəsi əsərin əsas süjet xəttini təşkil edir.

Hüseyn Caidin bütünlükdə bədii bioqrafiyasından qırmızı xətt kimi keçən İblis ideyası və obrazı öz qanunauyğun fəlsəfi estetik bədii yekununu dramaturqun son əsərində- faşizm əleyhinə çevirən müharibə məfkurəsini təhlilinə həsr olunan “İblisin intiqamı” –da tapır.

1937-ci ildə H. Cavid həbs olundu və 1941-ci ildə sibirdə vəfat etdi. Ümummilli liderimiz H. Əliyev H. Cavidin məzarını çox çətinliklə də olsa Sibirdən Naxçıvana gətirildi və öz dogma vətənində torpağa tapşırıldı.

İndi Azərbaycan H. Cavidin arzuladığı tam müstəqil dövlətdir- Azərbaycan bütün sahələrdə günü-gündən inkişaf edir.

Sonda Hüseyn Cavidin bir misrası yadıma düşdü . “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü “.

Çaparlı kənd kitabxanasının müdiri. P.H. Cavadov.

 

 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu