ÖLMƏZ QƏHRƏMAN
Həyatda elə insanlar olur ki,dünyasını dəyişdikdən sonra da ürəklərdə yaşayırlar.
Həmyerlimiz Famil Məmmədli də bu cür insanlardandır. Famil Elman oğlu Məmmədli 15 oktyabr 1974-cü il tarixində Ağsu rayonunun Abasxanlı kəndində ziyalı ailəsində anadan olmuşdur.1982-ci ildə Abasxanlı kənd orta məktəbinin I-sinifinə qəbul olub. 8 il bu məktəbdə oxumuş,qalan 2 ili isə Ağsu şəhər internat orta məktəbində başa vurmuşdur. Hər iki məktəbi əla qiymətlərlə bitirmişdir.
Qanında qəhraman qanı dövr edən bu insan hələ uşaq ikən hərbiçi olacağı haqqda xəyallar qurardı. ”Mən başqa heç bir məktəbə sənəd verməyəcəyəm,hərbi məktəbə gedəcəyəm,özüm də general olacağam.Vətəni qoruyacağam! Hamı hərbidən yayınsa,bəs vətəni kim qoruyacaq?” -deyərdi bu qəramanımız.Onun arzularının bir qismi reallaşdı.1992-ci ildə Famil Məmmədli sənədlərini Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə verdi.Elə həmin ildə Famil Məmmədlini İstanbul şəhərində “Hərbi Hava Okulu”-nda təhsil almağa göndərdilər.
O,1996-cı ildə məktəbi yüksək qiymətlərlə bitirərək doğma vətəninə qayıtdı və Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başladı.Onun mütəxəssis kimi fəaliyyəti, dövlətimiz tərəfindən çoxsaylı təltif və mükafatlara laiq görülmüşdür.
Qısa müddətdə Polkovnik leytnant rütbəsinə qədər yüksələn Famil Məmmədli,qərərgah rəisi vəzifəsində çalışırdı.Ana dilimizi mükəmməl öyrənməklə yanaşı ingilis,rus,türk dillərində də sərbəst danışa bilirdi.O,hər zaman yeniliklər axtarışında olmuş və çalışmışdır ki,bildiyindən daha çox öyrənsin,vətəninə,xalqına və insanlara bacardığından xeyri,faydası dəysin. Famil Məmmədli 1998-ci il sentyabrın 26-da ailə həyatı qurmuşdur.3 övladı var idi.
03 mart 2010-cu il tarixində hərbi döyüş təlimi zamanı Famil Məmmədlinin idarə etdiyi təyyarədə nasazlıq baş vermiş və Tovuz rayonun Aşağı Ayıblı kəndinin üzərinə düşmə təhlükəsinin olduğunu görən igid pilot təyyarəni bir qədər kənara yönəltməyə qərar verir.Yüzlərlə insanın taleyini düşünən Famil Məmmədli öz həyatı bahasına bütöv bir kəndi xilas edir.Bu ölüm sadəcə ölüm deyil,hər bir insanın can atdığı bir zirvədir ki,bu zirvəyə də seçilmişlər,öz taleyini yazan qəhramanlar ucalır.
Biz,hər bir Azərbaycan vətəndaşı,şəhidlərimizlə fəxr edib,ibrət götürməliyik.Dünənimizi unutmayaq,bu günümüzü layiqincə yaşayaq,sabahımızı düşünək.
Ulu tanrıdan bütün şəhidlərimizə və o cümlədən həmyerlimiz,fəxrimiz Famil Məmmədliyə rəhmət diliyərik.Bir şeyi də unutmayaq ki,şəhidlər ölmürlər,əbəbdiyyətə qovuşurlar.
Cahangir Təkləli
45 saylı kitabxana filialın kitabxanaçısı,şair,publisist.

Qan Yaddaşmız
Min doqquz yüz doxsan iki,
Fevralın iyirmi altısı,
Müthiş gecənin yarısı,
Erməni-rus cəlladları,
Hücum edib vəhşiliklə,
Yer üzündən tamam silib,
Məhv etdilər xocalını.
Şəhəri dörd bir tərəfdən,
Ağır caplı silahlarla,
Atəşlərə məruz qoyub,
Od vuraraq yandırdılar.
Yüzlərlə dinc əhalini,
Qarlı,şaxtalı havada,
Evdən didərgin saldılar.
Qoca Ata-Anaları,
Bacıları,qardaşları,
Cavan,körpə uşaqları,
Altı yüz on nəfəri,
Bir gecənin içərisində,
Onları qətlə yetirdlər.
Ölümlə üz-üzə qalan,
O,günahsız insanların,
Min iki yüz yetmiş beşin,
O gün girov götürdülər.
Əlli nəfər Xocalının,
Nə ölüsü,nə dirisi,
Haqqında bir xəbər yoxdur.
Bəlkə gecə meşələrə,
Üz tutaraq qaçanlardır?
Onlar kimi vəhşi, quduz,
Heyvanlara yem olubdur.
Həqiqəti Allah bilir.
On səkkiz il bundan əvvəl,
Əsir düşən insanların,
Ana qədər bizə əziz,
Zəbt olunan torpaqların
Taleyini Allah bilir.
Göydə uca Tanrımıza,
Allahadır gümanımız !
Dahi ulu öndərimiz,
Heydər Əliyev davamçısı,
Ali baş kamandanımız,
Cənab prezidentimiz,
İlhamadır inamımız!
Qəlbimizə,gözmüzə,
Kölgə salan qisasını,
Şəhidlərin qanını,
Düşmənlərdən tezlik ilə,
O,alacaq Azərbaycan!
Xankəndinə,İrəvana,
Azərbaycan bayrağını,
O,sancacaq,Azərbaycan!
Hər şeyin bir sonu vardır,
Dünya sınaq dünyasıdır
Müqəddəsdir amalımız,
Silinməz qan yadaşmız!
Cox az qalıb,yaxındadır,
Elə həmin Xocalıda,
Qələbə bayramlarımız.
Şair Mirəli Abbas.
Azərbaycanın gözəl guşələrindən biri olan Ağsu
rayonunun Şahbəyli kəndində 1950-ci ildə
anadan olmuşdur. “Oğul vətən əmanəti ha..” və
“Oğul sən məndən böyüksən səngər dalında”
kitablarının müəllifidir.
Mobil telefonu: 050-426-41-75

Babamın hər işinə.
Babamın hər işinə incə qəzəllər yaraşır
Əkdiyi bağlı gülüstana ,gözəllər yaraşır.
Açılır yeni-yeni,gözəl şəhərlər xəbəri,
Azərbaycana salınan ,əla təməllər yaraşır.
Qaynayır bəhrə verən,yeni sərvət yatağı,
Dünya bizə baxır,təbrikanə əllər yaraşır.
Böyüyür Bakı,hər tərəfə açılır gen qucağı,
Ruhlarda muğamat,şadlığa könüllər yaraşır.
Söz açır dünyayi aləm,deyir cənnətdi Bakı,
Ayıq ol vətən oğlu,bizə amillər yaraşır.
Biləsən ki,Mirəlidə var,bir əsərlik qəzəli,
Belə bir fəxri ada,yalnız kamillər yaraşır.
Məni.
Doğma yurdum oxuyub eşitcək ,qəzəllərdə məni,
Türküstan təbrik eylər,hər gün xəbərlərdə məni.
Gedib Nəsimiyə Həbəşdə bir səcdə edərdim,
Azəristanım oxuyar,qızıl əsərlərdə məni.
Sevinərdik dünya,ədalət yola hələ gəlsə,
Bu xoş xəbər tanıdar,məncə şəhərlərdə məni.
Vətənin vurğunudur,aləmi xoşbəxt istəyən,
Yalnız arzumdur qəbul eylər,ürəklərdə məni.
O,qara quvvələr,eşidib xalqa xəyanət eləyər,
Vətən təbrik eylər,yalnız cəsarətdə məni.
Mirəlinin arzusudu yalnız günəştək şölə saçır,
Qeyri kəslər saxlaya bilməz əsarətdə məni.
Eşqinə.
Könül bəsdi,bəs yazma o yarın vəfasız eşqinə,
O kəsdə məhəbbət yox ,inanma ədnasız eşqinə.
Kəsilib o qarə zülf,səni zəncirə sala bilməz,
Aləm peşiman olub,o gözəlin mənasız eşqinə.
Aldanıb özünü aləmdə bəxtiqarə söylədin,
Niyə əsir düşdün ki,gülşənin dünya öz eşqinə.
Məhəbbət mey məclisi deyil,camları xoş hal eyliyə,
Olsun gözəl,könül verər ,məncə fitvasız eşqinə.
Kim vətənini ,elini sevirsə cinayət deyil,
Canan düşübdü hələ,doğma yurdun laylasız eşqinə.
Mirəli bildir,gözəl sevmirsə,peşman olacaq,
Qaranlığı sevən,düşər bir gün aynasız eşqinə.
Yox mənim.
Qara gözündən başqa etibarım ,yox mənim,
Qeyri cana əsla ki, iftixarım yox mənim.
Torpaq ilə kövhərin fərqi yox, qədir bilənə,
Vətənnən qeyri əsla ki,şüarım yox mənim.
Arzumla yaşaram vətən cənnətdi gözümdə,
Ellər bilsin , qeyri cənnətməkanım ,yox mənim.
Mən səadət üçün yalnız, içdim dostluq şərbətini,
Dost olmazsa ürəkdə,laləzarım yox mənim.
Xəzər bir aynadı,aynada gördüm vətənimi,
Gözəli qeyri olan,ixtiyarım yox mənim.
Böyük Türkmənistanı Mirəli,sev,sənin olsun,
Bundan gözəl ki,qiymətli cabbarım yox mənim.