.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Şəhidlik zirvəsinə ucalanlar.


   16 Yanvar 2013-cü il tarixdə Mərkəzi kitabxanada  20 yanvar faciəsinin 23-cü ildönümü münasibəti ilə “Şəhidlik zirvəsinə ucalanlar” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada rayon ziyalıları,fəal oxucular, 20 yanvar hadisəsinin şahidləri iştirak edirdi. Tədbiri giriş sözü ilə  açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Cəbrayıl Bədəlov 20 Yanvar hadisələri, onun səbəbləri, mahiyyəti və nəticələri haqqında  toplantı iştirakçılarına məlumat verdi. 3 saylı məktəbin müəllimi Kəmalə Babayeva “Azərbaycanda milli azadlıq hərəkatında 20 Yanvar hadisələrinin rolu” , rayon Tarix Diyarşünaslıq müzeyinin fond müdiri Xuraman Səmədova “20 Yanvar hadisələrinin günahkarları”, Təhsil şöbəsinin işçisi Mətləb Nuriyev “20 Yanvar şəhidləri”, Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva “20 Yanvar  şəhidləri və hərbi vətənpərvərlik tərbiyəsində onun rolu”  haqqında toplantı iştirakçılarına məlumat verdi. Çıxış edən şair Mirəli Abbas, 3 saylı məktəbin müəllimi Bircahan Məmmədova,1 saylı məktəbin müəllimi Sənan Dadaşov, 3 saylı məktəbin şagirdləri Nəsirov Murad, Heydərova Zəminə, Oruclu Fidan, 1saylı məktəbin şagirdləri Mikayılov Elşən, Nuriyev Radim, Əliyev Ruslan və Cavadov Nurlan çıxış edib 20 Yanvar hadisələrinin azərbaycan xalqının tarixində şan və şərəf günü olduğunu vurğuladılar. Tədbirin sonunda 20 Yanvar hadisələri haqqında cənədli film nümayiş etdirildi.
                     Mərkəzi kitabxananın metodisti: S. Əliyev.





 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu