.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

ÖLMƏZ QƏHRƏMAN.

Həyatda elə insanlar olur ki,dünyasını dəyişdikdən sonra da ürəklərdə yaşayırlar.Həmyerlimiz Famil Məmmədli də bu cür insanlardandır.
Famil Elman oğlu Məmmədli15 oktyabr 1974-cü il tarixində Ağsu rayonunun Abasxanlı kəndində ziyalı ailəsində anadan olmuşdur.1982-ci ildə Abasxanlı kənd orta məktəbinin birinci sinifinə qəbul olub.Səkkiz il bu məktəbdə oxumuş,qalan iki ili isə Ağsu şəhər internat orta məktəbində başa vurmuşdur.Hər iki məktəbi əla qiymətlərlə bitirmişdir.Qanında qəhraman qanı dövr edən bu insan hələ uşaq ikən hərbiçi olacağı haqda xəyallar qurardı.”Mən başqa heç bir məktəbə sənəd verməyəcəyəm,hərbi məktəbə gedəcəyəm,özümdə general olacağam.Vətəni qoruyacağam! Hamı hərbidən yayınsa,bəs vətəni kim qoruyacaq?”- deyərdi bu qəramanımız.Onun arzularının bir qismi tezliklə reallaşdı.1992-ci ildə Famil Məmmədli sənədlərini Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə verdi.Elə həmin ildə Famil Məmmədlini İstanbul şəhərində “Hərbi Hava Okulu”-nda təhsil almağa apardılar. O,1996-cı ildə məktəbi yüksək qiymətlərlə bitirərək doğma vətəninə qayıtdı və Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başladı.Onun mütəxəssis kimi fəaliyyəti,dövlətimiz tərəfindən çoxsaylı təltif və mükafatlara laiq görülmüşdür.
Qısa müddətdə Polkovnik leytnant rütbəsinə qədər yüksələn Famil Məmmədli,qərərgah rəisi vəzifəsində çalışırdı.Ana dilimizi mükəmməl öyrənməklə yanaşı ingilis,rus,türk dillərində də sərbəst danışa bilirdi.O,hər zaman yeniliklər axtarışında olmuş və çalışmışdır ki,bildiyindən daha çox öyrənsin,vətəninə,xalqına və insanlara bacardığından xeyri,faydası dəysin. Famil Məmmədli 1998-ci il sentyabrın 26-da ailə həyatı qurmuşdur.3 övladı var.
03 mart 2010-cu il tarixində hərbi döyüş təlimi zamanı Famil Məmmədlinin idarə etdiyi təyyarədə nasazlıq baş vermiş və təyarənin Tovuz rayonun Aşağı Ayıblı kəndinin üzərinə düşmə təhlükəsinin olduğunu görən igid pilot,təyyarəni bir qədər kənara yönəltməyə qərar verir.Yüzlərlə insanın taleyini düşünən Famil Məmmədli öz həyatı bahasına bütöv bir kəndi xilas edir.Bu ölüm sadəcə ölüm deyil,hər bir insanın can atdığı bir zirvədir ki,bu zirvəyə də seçilmişlər,öz taleyini yazan qəhramanlar ucalır.
Biz,hər bir Azərbaycan vətəndaşı,şəhidlərimizlə fəxr edib,ibrət götürməliyik.Dünənimizi unutmayaq,bu günümüzü layiqincə yaşayaq,sabahımızı düşünək.Ulu tanrıdan bütün şəhidlərimizə, o cümlədən həmyerlimiz,fəxrimiz Famil Məmmədliyə rəhmət diliyərik.Bir şeyi də unutmayaq ki,şəhidlər ölmürlər,əbədiyyətə qovuşurlar.
 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu