.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Ağsuda kitab bayramı keçirilmişdir

Ağsuda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş Kitab bayramı keçirilmişdir. Rayon rəhbərlərinin, ziyalıların, gənclərin və yeniyetmələrin qatıldığı tədbirin iştirakçıları ilk öncə parkda ulu öndərin abidəsini ziyarət etmiş, heykəlin önünə təzə-tər çiçəklər qoymuşlar. Açılış mərasimində çıxış edənlər görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən danışmışlar. Sonra “Nərgiz” uşaq bağçasının və şəhər 4 saylı tam orta məktəbi şagirdlərinin ifasında ümummilli liderimizə həsr olunmuş şerlər səsləndirilmişdir. Daha sonra iştirakçılar parkda sərgilənmiş kitablara baxmışlar. Burada öz mənalı ömrünü xalqına, onun azadlığı və firavanlığına bəxş etmiş böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan yüzlərlə kitab və jurnal nümayiş etdirilirdi . Mərkəzi rayon kitabxanasının 10 nəfərədək işçisi kitabsevərlərə ayrı-ayrı əsərlər barədə qısa, konkret bilgilər verirdilər. Tədbirdə ulu öndərə həsr olunmuş ən yaxşı şeir söyləyənlər arasında keçirilən müsabiqədə qalib gələn uşaq və yeniyetmələrə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan kitablar hədiyyə edilmişdir. Burada, habelə ən yaxşı kitabxanaçı və ən yaxşı fəal oxucu nominasiyaları üzrə müsabiqəyə də yekun vurulmuş, qaliblər – mərkəzi kitabxananın şöbə müdiri Ülkər Hacıyevaya və Camaləddin Zeynalova kitab hədiyyələri verilmişdir.
Kitab bayramında Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak etmişdir.
Sonda ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.



















 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu