Tarixi abidələr

Qırlartəpə abidəsi bu ərazidə həyat tərzinin 7 min il bundan əvvəl başlandığını və uzun müddət davam etdiyini göstərir.
Nüydi antik dövr yaşayış yeri və nekropolu. XX əsrin 60-70-ci illərində burada aparılan arxeoloji qazıntılar zəngin mədəni irsin qalıqlarını üzə çıxarmışdır.Abidə Ağsu rayonunun Nüydi kəndi ərazisindədir. Burada aparılan yerüstü axtanşlar və arxeoloji tədqiqatlar nəticəsındə 10 hektardan artıq geniş sahəyə malik olan qədim yaşayış yeri aşkar edilmişdir.Buradan taxıl əzmək üçün istifadə olunan daşlar, sadə formalı müəyyən bədii tərtibata malik gil qablar daha çox tapılmışdır. Bu keramika məmulatlarının hazırlanması e.ə. I e.-nın I əsrinə, yəni Roma işğalçılarının yürüşləri dövrünə aiddir. Tədqiqatlar göstərir ki, Roma işğalları ərəfəsində Qafqaz Albaniyasında əsasən metalişləmə sənətkarlığı ön plana keçmiş və hərb işi ilə bağlı silah istehsalı vacib olmuşdur. Odur ki, dulusçuluq sənətində müəyyən tənəzzül özünü göstərir.Eyni zamanda. burada qazıntılar zamanı yaşayış binalarına məxsus çaydaşından hörülmüş bünövrə qalıqları aşkar olunmuşdur.1972-ci ildə, bu ərazidə tapılmış pul dəfinəsi tariximizin iqtisadi, mədəni problemlərini araşdırmaq üçün çox böyük tapıntıdır. Dəfınə kiçik küpə içərisində 36 ədəd gümüş sikkədən ibarətdir. Sikkələrin bir üzündə sxematik insan başı, digər üzündə isə bir əlində əsa və ya nizə, o biri əlində quş (bəzən də keçi) tutmuş adam təsvir olunmuşdur. Sikkələrin üzərində yazı yoxdur. Bu sikkələr Makedoniyalı İsgəndərin pullarına bənzədilərək zərb edilmiş Alban atlısı sikkələrindən başqa yalnız bir ədəd xarici sikkə vardır. Bu sikkə II Mitridatın (e.ə. 124-88) adına zərb edilmiş Parfıya puludur. Göründüyü kimi bura Qafqaz Albaniyasının antik dövr mədəniyyət ocaqlarmdan biri olmuşdur. Qafqaz Albaniyasının iqtisadi, mədəni həyatında, ticarət əlaqələrində bu yaşayış yeri mühüm rol oynamışdır.

Buradan çaydaşından inşa edilmış dördkünc plana malik tikinti qalıqları, dulus kürələri, təsərrüfat küpləri, dən daşları, saxsı qıf, gil qadın heykəlciyi, gil qablar, tunc xəncər, dəmir nizə ucluqları və müxtəlif bəzək əşyaları tapılmışdır.Qaraçıbulaq abidəsində yaşayış e.ə. XII əsrdən başlamış və eramızın I əsrinə kimi davam etmişdir. Arxeoloji materiallar göstərir ki, Qaraçıbulaq yaşayış yerinin əhalisinin məşğuliyyətində bütün təsərrüfat sahələri, xüsusən sənətkarlıq mühüm yer tutmuşdur.
Uzunboylar antik dövr abidəsi. Abidə Ağsu rayonunun Sanqalan kəndi yaxınlığında yerləşir. Torpaq qəbirlərdə ölülər sağ böyrü üstdə bükülü vəziyyətdə basdırılmışdır. Ətrafına 50-70 saxsı qab, çoxlu dəmir nizə, çin, bıçaq, çapacaq, biz, qıyıq, bəzək əşyaları və s. habelə at, it və quş qoyulmuşdur. Qəbirlərin birindən Qafqaz Albaniyasına məxsus gümüş sikkə də tapılmışdır.
Bəyimli qalası. Ağsu rayonunun Bəyimli kəndi ərazisində erkən orta əsrlər dövrünə aid istehkam tikintilərinin qalıqları vardır. Bu istehkam dördkünc plana malik olmuşdur. Qala divarlarının künc hissələrinin qalınlığı 15 metrə qədərdir. Qalanın ətrafı dərin kanalla əhatələnmişdir. Ehtimal ki, düşmən hücumları zamanı qalanın müdafiəsini daha da möhkəmləndirmək məqsədilə bu kanal su ilə doldurulurmuş.
Ağsu rayonunun ərazisində XIV-XX əsrlərdə tikılmiş tarixi memarlıq abidələri də üstünlük təşkil edir. Bunlara türbələr, qalalar, məscidlər və s. aiddir.

Abidənin divarları əl ilə kəsilib yonulmuş əhəng daşlarından tikilmiş, binası səkkizüzlü prizma şəklindədir. Binanın üst örtüyü konusvari tağla bağlanmışdır. Tağ əl ilə kəsilmiş daşdan düzəldilmişdir.
• Şeyx Dursun ( XII əsr)
Rayon girişindəki qəbiristanlıqda, mərkəzdən 3 km aralıda yerləşir. 1382 – ci ildə ucaldılıb. 8 bucaqlı prizma formasındadır. Üstü konusvari tağla bağlanıb. Bir qapısı var. Onun üstündəki daş kitabədə inşa tarixi həkk edilib. Bu türbə ilə bağlı çox maraqlı bir rəvayət danışırlar.• Rəvayət
Uzun müddət övladı olmayan Bəhram şahın nəhayət ki, bir qızı doğulur. Adını Dursun qoyurlar. Böyüyüb gözəl qız olan Dursun Cavanşir şahın oğlu Daşdəmirlə sevişir. Cavanşir şahın qoca vəziri Qiyas bəyin oğlu Rəhim ağa da Dursuna aşiq olsa da, şahın oğlunun yanında onun şansı çox az idi. Buna görə ata – oğlu hiyləyə əl ataraq iki hökmdarı bir – birinə düşmən edirlər. Hətta atanı oğula qarşı qoyurlar. Şah xəyanətkar oğlunun edam edilməsini əmr edir. Ancaq cəllad Daşdəmirin qaçmasına kömək edir. Savaş bitdikdən sonra peşman olan Cavanşir şah ailəsiylə buralardan köçməyə qərar verir. Dursun Daşdəmirin ölüm xəbərindən sonra dəmir dəbilqəli əsgər paltarları geyinib sevgilisinin ordusunda döyüşməyə başlayır. Döyüşlərdən birində şahı qoruyarkən ağır yaralanır, atdan yıxılır. Dəmir dəbilqə başından düşür. Bu igidin qız olduğunu görüb təəccüblənən Daşdəmir onun kim olduğunu soruşur. Qız ona hər şeyi açıqlayır. Verdiyi qərardan kor peşman olan hökmdar oğlunun qəbrinin yerini soruşur. Bu zaman cəllad onun ölmədiyini xəbər verir və yerini deyir. Oğlunun yaşadığına sevinən şah Dursunu uca dağlar ətəyində, bağlar qoynunda dəfn etməyi tapşırır. Bunu edən Daşdəmir onun qəbrinin üstündə günbəz də tikdirir. Həmin vaxtdan bura əbədi sevgiyə inananların məbədinə çevrilir.


Həzrə piri Pir Bəxtiyar türbəsi ilə eyni dövrə aid olan abidədir. Əsrlər keçdikcə bu türbə dağıntılara məruz qalmışdır. Həzrə piri Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yerləşir.Bura dördkünc memarlıq planında tikilmişdir. Türbənin fasad hissəsində, qapısı üzərində daş kitabə olmuşdur. Dağıntı nəticəsində kitabə parçalanmışdır və hissələri hazırda türbənin daşları arasmda qalmaqdadır.
Şıxməzid türbəsi Ağsu şəhərinin qərb hissəsində, Ağsuçayın sağ sahilində vaxtilə mövcud olmuş Şıxməzid kəndi ərazisində yerləşmişdir. Kəndin adı isə tayfa başçısı Şeyx Məcidlə bağlıdır.
Şeyx Məcidin qəbri üzərində Şeyx Dursun türbəsi üslubunda məqbərə tikilmişdir. Bu türbə müqəddəs yer və ziyarətgah kimi tanınmışdır. XX əsrin 30-cu illərində türbə islam dininə qarşı mübarizə ilə əlaqədar dağıdılmışdır.

Qırmızı günbəz və Ağ günbəz. Hər ikitarixi memarlıq abidəsi Ağsu rayonunun Qaraqoyunlu kəndində yerləşir.Qırmızı günbəzin tarixi daha qədimdir. Abidə hicri 1286-cı ildə (1869-1870) inşa olunmuşdur. Divarları qırmızı bişmiş kərpicdən, səkkizüzlü prizma şəklində inşa olunmuşdur.Ağ günbəzindivarları əl üsultı ilə kəsilib yonulmuş və cilalanmış ağ əhəng daşlardan səkkizüzlü planda tikilmişdir. Abidənin bir giriş qapısı və üç pəncərəsi vardır. Giriş qapısının üstündə ərəb əlifbası ilə yazılmış kitabə yerləşir. Abidə hicri 1327-ci ildə (1909) tikilmişdir.
