.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Turizmi

Bakı ilə arasında məsafə:156 km
Əhalisi: 73213 nəfər
Nə ilə getmək olar: Avtonəqliyyatla: Bakı - Ağsu avtobusları
Kapital Bankın Ağsu rayon filialı
Ünvan: Ağsu şəhəri, H.Əliyev küç. 109
Tel.: (020) 226-50-50
Beynəlxalq Bankın Ağsu rayon filialı
Ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi
Tel.: (020) 226-51-30 (020) 226-51-30  Faks: (020) 226-51-30
Dəmir Bankın Ağsu rayon filialı
Ünvan: Ağsu şəhəri, M.Ə. Rəsulzadə küç. 62
Tel: (020) 226 56 26


Ağsu rayonun inzibati mərkəzi Ağsu şəhəri Şamaxıdan 37 km aralıda Ağsu çayının sahilində yerləşir. Azərbaycanda Ağsu adlı çaylar çoxdur. Onların bu cur adlanmasının səbəbi çox sadədir: onların hər biri öz mənbəyini qarlı dağlardan götürür, buna görə də təmiz su, şəffaf su, şəffaf su mənasını verən Ağsu sözü ilə adlanır.
Ağsuya gedən yol məşhur Ağsu aşırımdan keçir. Uzunluğu 14 km olan bu aşırımın ən uca nöqtəsi dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır. Bu yerlərin ucu-bucağı görünməyən əzəmətli panoramı yolçuları heyran edir. Aşırım dumana bürünəndə isə buradan maşınla gedən adamların hər biri sanki buludların arası ilə hərəkət etdiyini güman edir.
 Rayonda "Azgranata" şirə zavodu, üzüm emalı və ipək qurdu baraması emalı üzrə müəssisələr fəaliyyət göstərir. Ağsuda toxunan Bico, Qəşəd və Pirhəsənli xalçaları çox məşhurdur.
Ağsu şəhərinin görməli yerləri sırasında tarixi muzeyini, bu yaxınlarda tikilmiş məscidi, 20 yanvar şəhidlərinin xatirə memorialını və oricinal üslubda tikilmiş vergi idarəsi binasını xüsusi qeyd etmək lazımdır.
 Vaxtilə Ağsudan 4 km aralıda Yeni Şamaxı adlı yaşayış yeri mövcud olmuşdur. 1734-cü ildə Nadir şah  Şamaxını yerlə yeksan edəndən sonra salamat qalmış şəhər sakinlərinin həmin yerə köçürülməsini əmr etmişdir. Həmin şəhərin xarabalıqlarını yerli sakinlər "
Orta Ağsu  əsr şəhəri"  adlandırırlar.
 Ağsu şəhərində 3 km aralıda yerləşən Şeyx Dursun məqbərəsi 1457-ci ildə  ucaldılmışdır.

Xəlilli kəndi yaxınlarında Şeyx Əmir Əhməd məqbərəsinin daha zəngin görkəmi bundan əvvəl adını çəkdiyimiz abidənin memarlıq simasını kölgədə qoyur. Şeyx Əmir Əhməd məqbərəsinin fasadının və interyerinin tərtibatında müxtəlif rəngli kaşıdan istifadə edilmişdir. Şəhərdən bir qədər cənub-qərbdə  Ağ Gunbəz məqbərəsi, Ağsunun şərqində - XVIII əsrə aid tikililərin xarabalıqları, Nuran kəndində isə Qaraçı bulaq turistlər üçün maraqlı obyektlər sayılır.

Ağsu dolayları
Ağsuya gedən yol məşhur “pereval”dan keçir. Şamaxı və Ağsu rayonları sərhəddindən, Ləngəbiz silsiləsindən, meşə və kolluqlardan keçən və uzunluğu 14 km olan bu aşırımın ən hündür nöqtəsi dəniz səviyyəsindən 900 metr yüksəklikdədir. Açıq, aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə açılan mənzərənin gözəlliyi, panoram izləyənləri özünə heyran buraxır. Aşırım boyunca dağlarda fəaliyyət göstərən restoranlar bu ərazidən keçən bütün yolçuların ən sevimli istirahət yeridir. Xüsusilə yay aylarında buralarda var –gəl edən müştərilərin çoxu rayonun içindən keçən və bundan daha ekstremal ikinci “perevalı” olduğundan xəbərsizdirlər. İkinci Ağsu aşırımı Muğanlı kəndindən başlayır. Dağ belində dolanaraq yüksələn yol İsmayıllıya, daha dəqiq desək Basqal kəndinin girişinə gəlib çıxır və İsmayıllı – Balakən trassına birləşir. Bu aşırımın ən yüksək nöqtəsi təxminən 1500 – 1600 metr hündürlükdədir. Yol anlayışının sıfıra bərabər olduğu dağ cığırları ilə yalnız güclü motorlu, böyük nəqliyyat vasitələri ilə hərəkət etmək mümkündür. Yüksəklikdə salınan kəndlər yaşamaq üçün cənnətin bir parçası sayıla bilər.Buralar piknik üçün insanların axın etdiyi ideal məskənlərdir.













Ağsu çayı 
Ağsu çayının hər iki sahilində yerləşən rayon eyniadlı çayın adını daşıyır. Çay öz mənbəyini qarlı dağlardan götürdüyü üçün suyu şəffaf, təmizdir. Çayın dağlardan gətirdiyi nəhəng süxurlar onun yatağına çökərək ağ çöküntü yaratığı üçün bu adı aldığı ehtimal edilir. Rayon ərazisindən 2 böyük Girdman və Ağsuçay, eləcə də onların qolları Ağdarçay və Nazirçay keçir. Cavanşir gölü və Yuxarı Şirvan kanalı da burada yerləşir 



Şeyx Dursun türbəsi.


Orta əsr Ağsu şəhəri



Ağsuda xalçaçılıq

Şirvan xalçaçılıq məktəbi Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna "Mərəzə", "Qobustan", "Şirvan", "Kürdəmir", "Şilyan", "Şirəlibəy", "Çuxanlı","Bico", "Sor - Sor", "Hacıqabul" və s. kompozisiyalar daxildir. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. Şirvan xalçalarının bədii dəyəri haqqında VI - VIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişdilər. Bu xalçalar hələ XIV - XV əsrlərdə Avropa rəssamlarının tablolarında tərənnüm edilmişdir. Niderland rəssamı Hans Memlinq (XV əsr) "Məryəm öz körpəsi ilə" əsərində "Şirvan" xalçasının təsvirini vermişdir.
Ağsuda toxunan "Pirhəsənli", "Bico" və "Qəşəd" xalçaları çox məşhurdur.

Bico xalçaları Ağsunun şərqində yerləşən «Bico» kəndinin adını daşıyır. Bundan başqa, bu xalçalar Qəşəd, Göylər, Pirhəsənli və Şirvanın digər məşhur xalçatoxuma məntəqələrində istehsal olunur. "Bico" xalçaları texniki və incəsənət nöqteyi-nəzərindən təkcə Şirvanda deyil, bütün Qafqazda ən məhşur xalça hesab olunur. XIX əsrin ikinci yarısında Azərbaycandan Nijni Novqorod şəhərinə ixrac olunan xalçalar öz milli koloriti və mürəkkəb ornament kompozisiyası ilə diqqəti cəlb edirdi. Orta sahənin kompozisiyası punktir xətlərlə doldurulmuş ornamentlərdən ibarətdir. Sahə mərkəzi üçbucaqın üfiqi xətt boyunca iki böyük hissəyə, şaquli xətt boyunca orta ölçülü bir neçə rapportlara bölünmüşdür. Rapportun yanlarında xalq sənətkarları arasında «kəpənək» adlanan böyük dişli element, orta nöqtədə isə «toqqa» (kəmər) adlanan dördguşəli element yerləşir.

Şirvan xalçalarının növləri.







 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu