.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

20 Yanvar-Azadlığa gedən yolun zirvəsidir.

           

  18 Yanvar  2012-ci  ildə rayon Mərkəzi  kitabxanasında  20Yanvar faciəsinin 22 ci ildönümü ilə əlaqədar “20 Yanvar –Azadlığa gedən yolun zirvəsidir”mövzusunda yığıncaq  keçirildi.Yığıncaqda rayon İcra hakimiyyətinin ,Təhsil şöbəsinin işçiləri,rayon ziyalıları və fəal oxucular iştirak etmişdir.Yığıncağı giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru C.Bədəlov açaraq 20 Yanvar 1990-cı il  hadisələrinin səbəbləri,günahkarları barədə qısaca məlumat verdi.Göstərdi ki,tariximizin müəyyən dövrlərində  ağır sınaqlara məruz qalmış azərbaycan xalqı  bu dəfə də   sınaqdan şərəflə ,öz qanı bahasına çıxdı.”Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır.Çünki o,ayrı-ayrı insanlara edilən qəsd ,təcavüz deyildi,bu bütün Azərbaycan xalqına ,Azərbaycan millətinə,Azərbaycan ölkəsinə edilən təcavüz idi.Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır,onlar millətimizin qəhrəmanlarıdılar.”(Ümummilli  lider Heydər Əliyev). Daha sonra əsas məruzə ilə çıxış edən Təhsil şöbəsinin metodisti M.Nuriyev  20 Yanvar hadisələrini geniş şərh edib göstərdi ki,həmin dövrdə xalqımıza ən böyük mənəvi dəstəyi Moskvada yaşayan  və M.Qorboçovun təqib və təzyiqləri ilə üzləşən ümummilli lider Heydər Əliyev verdi.Bu görkəmli şəxsiyyət  21 Yanvar 1991-ci ildə Moskvadakı daimi nümayəndəliyin binasında faciə ilə bağlı bəyanat verdi.20 Yanvar faciəsində əli olan Azərbaycan və sovet rəhbərliyini ifşa etdi.Məruzəçi daha sonra qeyd etdi ki,məhz Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.Yığıncaqda çıxış edən   Ağsu şəhər  İcra Hakimiyyətinin  nümayəndəsi C.Cavadov  20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu,bu faciənin əbədiləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması yönündə aparılan işlərdən danışdı.Göstərdi ki, Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin ən hündür yerində Şəhidlər Xiyabanında  Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olan şəhidlərin xatirəsinə “Əbədi məşəl”abidə kompleksi tikilmiş və 2000-ci il Yanvar ayının 17-də imzaladığı Fərmanla  20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adları  verilmişdir.
Daha sonra çıxış edən M.Məlikov,R.Tacızadə ,M.Əhmədova və başqaları da 20 Yanvar tarixini Azərbaycan xalqının milli müstəqillik mübarizəsinin başlanması və xalq hərəkatının qəhrəmanlıq səhifəsi kimi qiymətləndirdilər.
   Tədbirin sonunda  20 Yanvar faciəsinə həsr olunmuş  kino-film nümayiş etdirildi.

              Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri:                 N.Salmanova.
 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu