.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş şer müsabiqəsi.


      17 Yanvar 2012-ci il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasının  Uşaq şöbəsində 20 Yanvar  faciəsinin 22-ci  ildönümünə  həsr olunmuş şer müsabiqəsi  keçirildi. Müsabiqədə  şəhər  1, 2, 3 və 4 saylı orta məktəb şagirdləri iştirak edirdi. Müsabiqəni açan 1 saylı orta məktəbin  müəllimi Q.İsmayılova  20 Yanvar  faciəsi  haqqında  uşaqlara  geniş  məlumat  verdi. Daha sonra Uşaq şöbəsinin müdiri Ü.Hacıyeva tədbirin əhəmiyyəti,müsabiqənin şərtləri haqqında oxuculara məlumat verdikdən sopnra  sözü uşaqlara verdi. Şəhər 1 saylı məktəbin    IV-cü     sinif şagirdi R.Məmmədzadə birinci, şəhər 2 saylı məktəbin  V-ci  sinif şagirdi  A.Həsənova ikinci  və  şəhər   3 saylı məktəbin II sinif şagirdi N.Feyzullazadə 3-cü yeri tutdular.Qaliblərə kitab və  jurnallar  hədiyyə  edildi. Tədbirin sonunda   uşaqlar  20 Yanvar faciəsinin 22-ci  ildönümünə  həsr olunmuş kitab  sərgisi, internet  vasitəsi  ilə  isə  həmin faciəyə  həsr  olunmuş məlumatlarla   tanış oldular  .
     
 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu