.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Ağsu dolayları

Ağsuya gedən yol məşhur “pereval”dan keçir. Şamaxı və Ağsu rayonları sərhəddindən, Ləngəbiz silsiləsindən, meşə və kolluqlardan keçən və uzunluğu 14 km olan bu aşırımın ən hündür nöqtəsi dəniz səviyyəsindən 900 metr yüksəklikdədir. Açıq, aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə açılan mənzərənin gözəlliyi, panoram izləyənləri özünə heyran buraxır. Aşırım boyunca dağlarda fəaliyyət göstərən restoranlar bu ərazidən keçən bütün yolçuların ən sevimli istirahət yeridir. Xüsusilə yay aylarında buralarda var –gəl edən müştərilərin çoxu rayonun içindən keçən və bundan daha ekstremal ikinci “perevalı” olduğundan xəbərsizdirlər. İkinci Ağsu aşırımı Muğanlı kəndindən başlayır. Dağ belində dolanaraq yüksələn yol İsmayıllıya, daha dəqiq desək Basqal kəndinin girişinə gəlib çıxır və İsmayıllı – Balakən trassına birləşir. Bu aşırımın ən yüksək nöqtəsi təxminən 1500 – 1600 metr hündürlükdədir. Yol anlayışının sıfıra bərabər olduğu dağ cığırları ilə yalnız güclü motorlu, böyük nəqliyyat vasitələri ilə hərəkət etmək mümkündür. Yüksəklikdə salınan kəndlər yaşamaq üçün cənnətin bir parçası sayıla bilər.Buralar piknik üçün insanların axın etdiyi ideal məskənlərdir.









 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu