.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Ağsu döyüşü



Ağsu döyüşü — Qafqaz İslam Ordusu qüvvələri ilə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq komissarları Sovetinin ordu hissələri arasında 1918-ci il iyulun 5-6-da Ağsu ətrafında baş vermişdir....



Döyüşdə Qafqaz İslam Ordusunun 10-cu və 13-cü piyada alayları, 10-cu alayın tabeliyinə verilmiş Azərbaycan süvari bölmələri iştirak edirdilər. İyulun 6-da düşmən qüvvələrinin müqavimətini qıran 13-cü alay Ağsuya daxil oldu və hücumun Şamaxı yoxuşuna qədər davam etdirdi. 10-cu alay isə Ağsunun şimalından irəliləyərək, qaçan düşmənə cidi zərbə endirdi. Gürçüvanı azad edərək, orada mövqe tutdu.Döyüşün gedişində 1 səhra topu, 1 cəbbəxana arabası, 5 pulemyot, 30-a qədər müxtəlif silah və daşnakların talan etdiyi yerli əhalinin əmlakı ilə dolu 15-ə qədər araba ələ keçirildi. Ağsu döyüşü Qaraməryəm döyüşündə qazanılmış qələbəni möhkəmləndirdi.












































































































































































































.
 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu