.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Novruz

19  Mart  2012-ci il tarixdə Ağsu  şəhər  stadionunda  Novruz  şənlikləri  keçirildi.
Stadion başdan-başa Novruz atributları: səmənilərlə,xonçalarla bəzədilmiş,şənliyə Bahar  qız, keçəl  və kosa da dəvət  olunmuşdu.Şənlikdə rayon  ictimaiyyəti, rayon mədəniyyət  evinin “Qönçə” xalq çalğı alətləri ansamblı,Bakı şəhərindən dəvət olunmuş  tanınmış müğənnilər Rəqsanə, Ruhəngiz Allahverdiyeva ,xalq ulduzları, rayon aşıqları ,kəndirbazlar, gözbağlıcılar  və idmançılar   iştirak edirdi.Stadionun bir tərəfində tədbir iştirakçıları Mərkəzi kitabxananın təşkil etdiyi yeni kitabların sərgisi  ilə tanış oldular.Sərgiyə baxan körpə balalara uşaq jurnalları hədiyyə edildi. Maraqlı keçən  bayram  şənliklərinin  sonunda tədbir iştirakçıları bayram atəşfəşanlığını seyr etdilər. Bayram şənlikləri   rayonda təzə istifadəyə verilmiş  parklarda  20-21 Mart 2012-ci il tarixlərində də davam etdirildi.           

      
      
      
      
      





 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu