Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi'nin web saytında Elektron kataloq istifadəyə verildi.
Kitabxanaların əsas vəzifəsi olan oxuculara xidmət oxucu sorğusu əsasında yerinə yetirilir və bu xidmətin səviyyəsindən kitabxananın cəmiyyətdəki imici və oxucu kontingentinin əhatə dairəsi asılıdır. Kitabxanalarda oxuculara yüksək xidməti təşkil etmək üçün ilk öncə oxucuların ədəbiyyatı əldə etmək üçün sərf etdikləri vaxtı minimuma endirmək lazımdır. Ənənəvi kitabxanalarda , oxucu ədəbiyyatı sifariş vermək üçün kataloq qarşısında xeyli vaxt sərf etməlidir. Kataloq kitab fondunun cari vəziyyətini 100% dəqiqliklə əks etdirmədiyindən oxucunun sifariş verdiyi ədəbiyyatı əldə etmək ehtimalı o qədər də böyük olmur. Belə ki, kataloq ədəbiyyat ın hərəkətini əks etdirmədiyindən, sifariş olunan ədəbiyyat ın cari anda sərbəst nüsxəsi kitabxanada olmadıqda sərf olunan vaxtın hədər olduğu aşkar olur. Kitabxanan ın elektron kataloqu oxuculara tələb olunan ədəbiyyat ın qısa müddətdə kitabxanada olması haqqında də qiq məlumat əldə etməsini təmin edir. Elektron kataloq ədəbiyyat fondu haqqında ənənəvi kataloqlardan daha dolğun biblioqrafik məlumata malik olduğundan, oxucuya çoxelementli və çoxsəviyyəli axtarış imkanları təklif edir. Bunun nəticəsində ədəbiyyatın oxucuya çatmaq ehtimalı xeyli artır. Digər tərəfdən, oxucu elektron kataloq vasitəsilə uzaq məsafədən ədəbiyyat axtarıb, sifari ş verə bilir. Qeyri-məhdud sayda oxucunun, eyni vaxtda elektron kataloqda biblioqrafik təsvirin bütün əsas elementləri üzrə axtarış aparmaq, kitabxanada olan ədəbiyyatı sifariş etmək üçün hər bir Avtomatla şmış Kitabxana-İnformasiya Sistemində xüsusi Avtomatla şmış İşçi Yerləri nəzərdə tutulmuşdur. İRBİS Avtomatlaşmış Kitabxana- İnformasiya Sistemində lokal şəbəkə vasitəsilə elektron kataloqda ədəbiyyat axtarmaq və kitabxanada sərbəst nüsxəsi olan ədəbiyyatı sifariş verm ək üçün «Oxucu» Avtomatlaşmış İşçi Yeri, İnternet Beyn əlxalq kompüter-informasiya şəbəkəsi vasitəsilə uzaq məsafədən on-line ədəbiyyat axtarışı üçün Web-IRBIS modulu nəzərdə tutulmuşdur.
Xələfov A., Qurbanov A.
Kitabxanaların kompüterləşdirilməsinin əsasları (dərslik). Bakı, Bakı Universiteti , 2006
<<Kitabı oxu>>