.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Biz Sizdən öyrəndik qəhrəmanlığı.

04 May 2012-ci il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində Alman faşizmi üzərində Qələbənin 67-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə şəhər 1 saylı tam orta məktəbin şagirdləri iştirak edirdi. Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva Qələbənin 67-ci ildönümü ilə əlaqədar şagirdlərə məlumat verdi. Bundan sonra 10-cu sinif şagirdi Aidə Əliyeva, 8-ci sinif şagirdi Nazlı Əlizadə, 5-cı sinif şagirdləri Kənan Nuriyev, Nurlan Abbasov, Zəhra Kərimova, 7-ci sinif şagirdi Gülnar Məmmədova və başqaları qəhrəmanlıq haqqında şeirlər səsləndirdilər. Tədbirin sonunda uşaqlar “Qələbə-67” kitab sərgisinə baxdılar.



 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu