08 May 2012-ci il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirə şəhər 1 və 3 saylı tam orta məktəbin şagirdləri dəvət olunmuşdu. 7-ci sinif şagirdləri Natiq Nuriyev, Səmədli Cavid, Lamiyə Ağayeva və Vəzirli Xəlil ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər. Bundan sonra uşaqlar Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” CD diskinə baxdılar.