.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Şuşasız 20 il.

07 May 2012-ci il tarixdə Mərkəzi kitabxanada Şuşanın ermənilər tərəfindən işğalının 20-ci ildönümünün anım mərasimi keçirildi.Tədbirə rayon ziyalıları,fəal oxucular dəvət olunmuşdu.Tədbiri giriş sözü ilə açan Oxu zalının müdiri N.Niftaliyeva vurğuladı ki,bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatıb.Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib,600 nəfər yaralanıb,22 min nəfər öz yurdundan didərgin düşüb.İşğal nəticəsində Şuşadakı bir sıra tarix-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib.Bu siyahıya Xan mağarası,Qaxal mağarası,Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini,tarixi və mədəni abidə daxildir.Mərasimdə çıxış edə Təhsil şöbəsinin metodisti M.Nuriyev ermənilər tərəfindən Azərbaycana məxsus olan bir çox abidələrin məhv edilməsindən və erməniləşdirilməsindən söz açdı.Vurğuladı ki,ermənilər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini,22 ümumtəhsil məktəbini,mədəni-maarif,kənd təsərrüfatı texnikumlarını,8 mədəniyyət evini,14 klubu,20 kitabxananı,2 kinoteatrı,3 muzeyi,Şərq musiqi alətləri fabrikini dağıdıblar.Anım mərasimində çıxış edən Bico kənd sakini S.Mikayılova, Qaravəlli kənd sakini V.Hüseynov, abidə mühafizəçisi P.Osmanov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyini əmin olduqlarını bildirdilər.Sonda tədbir iştirakçıları Şuşaya həsr olunmuş kitab sərgisi ilə tanış oldular.



 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu