08 May 2012-ci il tarixdə Mərkəzi kitabxanada mədəniyyət işçilərinin alman faşizmi üzərində Qələbənin 67-ci ildönümünə həsr olunmuş ümumi yığıncağı keçirildi.Yığncağa ayrı-ayrı idarə və təşkilatlardan nümayəndələr və müharibə veteranları dəvət olunmuşdu.Yığıncağı giriş sözü ilə açan MKS-nin direktoru C.A.Bədəlov Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 İyun tarixli "1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”a uyğun olaraq Qələbənin 67 illiyinin MKS-nin bütün kitabxana filiallarında qeyd edilməsindən danışdı. Qələbənin 67 illiyi ilə əlaqıdar əsas məruzə ilə çıxış edən rayon Mərkəzi kitabxanasının Xidmət şöbəsinin müdiri N.Salmanova Qələbənin 67 illiyinin qeyd edilməsinin müharibə şəraitində olan Azərbaycan üçün xüsusilə böyük əhəmiyyəti olduğunu vurğuladı.Belə ki,bu müharibədə bütün xalqlar kimi azərbaycan xalqı da böyük itkilər vermiş,neçə-neçə oğul və qızlarını itirmişdir.Bu dəhşətl müharibədə neçə-neçə vətən övladı misilsiz qəhrəmanlıq göstərmiş,Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür.Onların bu qəhrəmanlığı nəticəsində bəşəriyyət faşizm taunundan xilas olmuş,qəhrəmanlıqları ilə millətimizi dünyada tanıtmışlar.Məruzə ətrafında çıxış edən rayon Mədəniyyət evinin direktoru M.Məlikov vurğuladı ki,gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə tədbirlərin rolu böyük olduğundan vətən müharibəsi veteranları ilə görüşlərin təşkili,hərb tariximizin gənclərə öyrədilməsi işimizdə poritet məsələlərdən biri olmalıdır. 28 nəfər müharibə veteranının qaldığı rayonumuzda veteranlara daim qayğı göstərilir,onların həyat və məişət şəraitinin ,sağlamlığının qayğısına qalınır.Yığıncaqda çıxış edən Ə.Əzizov, Q.Mirzəliyev, P.Cavadov və başqaları da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən davam etdirilən böyük vətən müharibəsi veteranlarına və onların ailə üzvlərinə qayğdan danışdılar ,bu diqqət və qayğıya görə ona dərin minnətdarlıqlarını bildirdilər.Tədbirin sonunda yığıncaq iştirakçıları böyük vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Qəhrəmanlıq abidəsi”ni ziyarət etdilər.