25 May 2012-ci il tarixdə Mərkəzi kitabxanada M.Ə.Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirə rayon ziyalıları, müxtəlif idarə və təşkilatlardan nümayəndələr, fəal oxucular dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva açaraq M.Ə.Sabir yaradıcılığı haqqında məlumat verdi. Dilman kənd klubunun müdiri Behbud İsgəndərov şairin satirası, onun müasir dövrlə səslənməsindən danışdı. Cəlayir kənd tam orta məktəbinin ədəbiyyat müəllimi Qulaş Mirzəliyev M.Ə.Sabirin uşaq şeirləri, sözlərinə bəstələnmiş musiqi, əsərlərinə çəkilmiş karikaturalar haqqında danışdı. Fəal oxucu Eyvaz Bayramov şairin bir neçə şeirini təhlil etdi. Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin işçisi Samir Kərimli M.Ə.Sabir haqqında yazılmış elmi-tədqiqat əsərləri barədə tədbir iştirakçılarına məlumat verdi. Tədbirin sonunda tədbir iştirakçıları M.Ə.Sabir yaradıcılığına həsr olunmuş kitab sərgisinə baxdılar.