.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Sən elə bir zirvəsən ki...

10 May 2012-ci il tarixdə rayonun mədəni maarif işçiləri Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən ki...” mövzusunda ədəbi-bədii kompozisiya göstərdilər.Tədbiri aparan Gürcüvan kənd klubunun müdiri Ə.Məmmədov yubileylə əlaqədar rayonumuzda görülən işlərdən danışdı və məruzə üçün sözü Mərkəzi kitabxananın Abonoment şöbəsinin müdiri Z.Məmmədova verdi.Məruzə ətrafında rayon Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Ü.Hacıyeva, Metodika şöbəsinin metodisti L.Əfəndiyeva, Bozavand kənd klubunun müdiri V.Kazımov və Göydəlləkli kənd klubunun müdiri S.Kərimova çıxış etdilər.Bədii hissədə kənd müəssisələrinin yubileylə əlaqədar hazırladığı sənəciklər göstərildilər.Sonda tədbir iştirakçıları Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib qarşısına tər gül dəstələri qoydular.





 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu