.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

“Böyük mütəfəkkir M.F.Axundzadə-200”.

25 Iyul 2012 - ci il tarixdə Mərkəzi kitabxanada M. F. Axundzadənin anadan olmasının 200 illiyi ilkə əlaqədar “ Böyük mütəfəkkir M. F. Axundzadə - 200 ” mövzusunda tədbir keçirildi. Tədbirdə rayon ziyalıları, fəal oxucular iştirak edirdi. Yığıncağı rayon Mədəniyyət və Turizm şöbəsinin işçisi Ağbəniz Şərifova açaraq M.F.Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar Azərbaycan Respublikası prezidentinin Sərəncamından, ədəbi-ictimai fikirlərindən söz açdı. İlxıçı kənd kitabxana filialının işçisi Aynur Şıxaliyeva “M.F.Axundovun bədii yaradıcılığı”, kitabxananın fəal oxucusu Elnurə Əliyeva “M.F.Axundov Azərbaycan dramaturgiyasının banisidir”, Kənan Əzizli M.F.Axundovun əsərlərinin tərcüməsi haqqında çıxışlar, Mirnağı Hüseynov M.F.Axundovun qəzəlləri, fəal oxucu Ələkbər Əlizadə isə şerlərindən parçalar söylədilər. Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri Nazənəm Salmanova maarifpərvər ziyalı, dramaturq M.F.Axundzadənin Azərbaycan ədəbi tarixində tutduğu mövqedən, belə tədbirlərin onun irsinin təbliğində rolundan, kitabxanaların M.F.Axundzadənin yubileyi ilə əlaqədar prezident Sərəncamından irəli gələn vəzifələrdən söz açdı. Tədbiri yekun sözü ilə bağlayan N.Salmanova bütün kitabxana filiallarda yubileylə əlaqədar tədbirlərin mütamadi olaraq keçirilməsinin zəruri olduğunu vurğuladı.






 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu