.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Ana dilini sevək,sevdirək!

01 Avqust 2012-ci il tarixdə Mərkəzi kitabxanada” Ana dilini sevək,sevdi-rək!” mövzusunda tədbir keçirildi.Tədbirdə fəal oxucular,azərbaycan dili mütəxəssisləri iştirak edirdi. Mədəniyyət və Turizm şöbəsinin işçisi Ağbə-niz Şərifova “Azərbaycan əlifbası və azərbaycan dili günün təsis edilməsi haqqında “ ulu öndər Heydər Əliyevin 09 Avqust 2001-ci il tarixli məlum Fərmanından,onun dil sahəsindəki siyasətindən söz açdı.Fəal oxucu Səftər Əliyev,Mərkəzi kitabxananın Abonoment bölməsinin müdiri Zeynəb Məmmədova azərbaycan dili və əlifbasının inkişaf tarixindən,Ələkbər Əlizadə, Eyvaz Bayramov ana dili haqqında görkəmli şairlərimiz Məmməd Arazın, Məmməd Aslanın,Xəlil Rzanın və Bəxtiyar Vahabzadənin şerlərindən parçalar söylədi .Tədbirin sonunda iştirakçılar bu mövzuda təşkil edilmiş sərgi ilə tanış oldular.


 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu