.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

“Xalq məhəbbətini qazanmış şairə”.

(Mirvarid Dilbazi-100)
28 Avqust 2012-ci il tarixdə Mərkəzi kitabxanada Mirvarid Dilbazinin anadan ol-masının 100 illiyi ilə əlaqədar “Xalq məhəbbətini qazanmış şairə” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə rayon MKS-nin direktoru C.A.Bədəlov açaraq Mirvarid Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respubli-kası Prezidentinin Sərəncamı haqqında tədbir iştirakçılarına məlumat verdi. Şairənin həyat və yaradıcılığı haqqında rayon Təhsil şöbəsinin metodisti,dil-ədəbiyyat müəllimi Mətləb Nuriyev məruzə ilə çıxış etdi.Fəal oxucu Səftər Əliyev,Mirnağı Hüseynov, Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva və Aşıq Əmrah şairənin tərcüməçilik fəaliyyətindən, uşaq ədəbiyyatı sahəsində yaradıcılığından ,şeirlərinə yazılmış mahnı, romans və oratoriyalardan danışdılar,əsərlərindən parçalar söylədilər.Sonda tədbir iştirakçıları şairənin yaradıcılığına həsr olunmuş kitab sərgisi ilə tanış oldular.





 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu