03 Sentyabr 2012-ci il tarixdə Ağsu rayon Mədəniyyət evi Heydər Əliyev Seyrəngahında rayon əhalisinin asudə vaxtının səmərəli keçməsi üçün konsert təşkil etmişdir.Keçən ildən başlayan bu ənənəvi konsert-lər hər həftənin altı və bazar günləri olmaqla Heydər Əliyev Seyrən-gahında ,Heydər Əliyev parkında və şəhərin sağ sahilindəki parkda təşkil edilir.Bu günkü konsertdə rayon Mədəniyyət evinin “Qönçə” xalq çalğı alətləri ansamblı ,rayonun isdedadlı müğənilləri Gülnarə Bəndə-liyeva, Mirnağı Hüseynov,Əzizağa Əzizov, Ağakişi Səftərov ,Aşıq Amil Dadaşov ,Ülvi Həsənzadə və başqalarıiştirak edirdi. Bundan əlavə mey-xana ustadları: Əlisahib Kərimov və altı yaşlı Tural Əhmədov öz məha-rətlərini tamaşaçılar qarşsinda nümayiş etdirdilər.