.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Diplom və pul mükafatları təqdim edilmişdir.

Bu günlərdə Ağsu rayon Mədəniyyət və Turizm şöbəsində xoş əhval ruhiyyə hökm sürür. Belə ki, rayon Mədəniyyət evinin mədəni təşkilatçısı Mahmudov Elnur Zakir oğlu M.F.Axundzadənin anadan olmasının 200 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” VI respublika bədii qiraət müsabiqəsinin II dərəcəli diplomuna layiq görülmüşdür. 14 Sentyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram teatrında qaliblərə diplom və pul mükafatları təqdim etmişdir. Biz, Ağsu rayon mədəniyyət işçiləri də bu münasibətlə Elnur Mahmudovu təbrik edir, ona gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.



 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu