20 Sentyabr 2012-ci il tarixində Ağsu rayonunu 5 kənd:Kalva, Dilman,Xat-man,Hacman,Curaxanı kəndləri ilə birləşdirən körpü açıldı. Ağsu rayon İcra Hakimiyətinin Başçısı cənab Ənvər Seyidəliyev mərasimi açaraq Azərbaycan Respulikası Prezidenti cənab İlham Əliyevin bu sahədə gördüyü işlərdən ,əha-linin sosial problemlərinin həllindən danışdı.Yolun açılması münasibəti ilə Kalva kənd ərazisi dairəsinə daxil olan əhalini təbrik etdi.Daha sonra Azər. Yol Servis Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Şaiq Bilalov təbii fəlakətlərdən, Azər-baycan hökumətinin yol,körpü sahəsində qarşıya qoyduğu vəzifələrdən danış-dı. Kalva kənd ərazi dairəsinə daxil olan əhalini körpünün açılış münasibəti ilə təbrik etdi.Kənd əhalisinin adından əslən Kalvalı olan Azərbaycan İqtisad Uni-versitetinin prorektoru Mirzəxanov Aydın,Kalva kənd ağsaqqalları İmaməliyev Qalib,Mirzəxanov Zabit və başqaları çıxış edib göstərdiyi qayğıya görə respub-likamızın prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər.Açılışın sonunda Ağsu rayon Mədəniyyət və Turizm şöbəsinin işçiləri maraqlı konsert proqramı ilə çıxış etdilər.