.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Yenilik kənd klubunda asudə vaxtın təşkili.

11 Sentyabr 2012-ci il tarixdə Yenilik kənd klubunda kənd əhalisinin asudə vaxtının səmərəli keçirilməsi üçün tədbir keçirildi. Tədbirdə kəndin milli adət-ənənələri, toxuculuq və əl işləri nümayiş etdirildi. Klubda fəaliyyət göstərən dram dərnəyinin üzvləri Natiq Fərzəliyev, Taleh Ciyərxanov, Elza Qurbanova və Azər Eyvazov bir neçə səhnələşdirilmiş dram əsərindən parçalar göstərdilər. Rəqs dərnəyinin üzvləri isə azərbaycan və ləzgi rəqs-lərindən ibarət proqramla çıxış etdilər. Klubun istedadlı üzvləri Aysel Musayeva, Kamran Karmukov və Könül Qurbanova azərbaycan və ləzgi dillərində “Azərbaycan”, ”Əsgər marşı”, ”Ana” mahnılarını ifa etdilər. Tədbirin sonunda iştirakçılar Yenilik kənd kitabxa-naçısı Vüsalə Hüseynovanın təşkil etdiyi kitab sərgisi ilə tanış oldular.





 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu