.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Qaraqoyunlu kənd mədəniyyət evində “kənd günü”.

Hacıyeva Zeynəb Ömər qızı. 02 Avqust 1950-ci ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq və biblioqrafiya fakültəsini bitirib. 1976-cı ildən Qaraqoyunlu kənd Mədəniyyət evinin direktoru vəzifəsində işləyir.

Qaraqoyunlu kənd mədəniyyət evində “kənd günü”.
04 Sentyabr 2012-ci il tarixdə Qaraqoyunlu kənd Mədəniyyət evində “ Kənd günü”keçirilmişdir. Tədbirdə kəndin ağsaqqalları, ziyalıları,isdedadlı gəncləri, məktəbillər iştirak etmişdir.Tədbiri giriş sözü ilə Qaraqoyunlu kənd mədəniyyət evinin direktoru Hacıyeva Zeynəb açaraq kənd gününün məqsədini açıqladı.Qeyd etdi ki,Mədəniyyət evində keçirilən bu tədbir Qaraqoyunlu kəndinin keçmişi,bu günü,ziyalıları və tarixi abidələri haqqında kənd əhalisinə məlumat verməkdən ibarətdir.Qaraqoyunlu kəndinin tarixi haqında çıxış edən kənd tarix müəllimi Şəfəq Məmmədova göstərdi ki, XIII əsrdə monqolların yürüşü zamanı Azərbaycan ərazisinə köç etmiş tayfalardan biri də qaraqoyunlu tayfasıdır. Qaraqoyunlu dövlətinin yaradıcısı olan bu tayfa 1467-ci il Muş döyüşündən sonra Çuxursət vilayətində böyük əksəriyyətlə yaşayırdı. Qaraqoyunlu tayfası Ağsu ərazisində məksumlaşmış , burada eyniadlı kəndin əsasını qoymuşdur. İndi də Qaraqoyunlu kəndində bəzi nəsillər özlərini qaraqoyunlu tayfasından hesab edirlər. XIX əsirin əvəllərində 62 ailəlik nüfuza malik Qaraqoyunlu kəndi Şirvan əyalətinin Xançoban mahalına daxil olmuşdur.Qaraqoyunlu kəndi XIX əsrin sonu -XX əsrin əvəllərində Şirvan nəqşibəndiyyə təriqətinin mərkəzi olmuşdur. XX əsrin 20-ci illərində Qaraqoyunlu kəndi Şura hökümətinə qarşı mübarizə aparan mərkəzlərdən biri olmuşdur. Kənd Şirvan düzündə yerləşir. Kəndimiz bir tərəfdən Girdiman çay bir tərəfdən dağlıq zona ilə əhatə olmuşdur. Kənd orta məktəbinin ədəbiyyat müəllimi Şəmsəddin Şirəliyev kəndin tarix və mədəniyyət abidələri haqqında kənd əhalisinə məlumat verdi.Qırmızı və Ağ künbəzin tarixindən danışan məruzəçi qeyd etdi ki,bu qədim mədəniyyət abidələri kənd əhalisinin daimi ziyarət ocaqlarına çevrilmişdir . Ağ gümbəz qaraqoyunlu nəqşibəndiyyələrindən yadigar qalmış memarlıqabidəsidir.Qaraqoyunlu kənd ərazi dairəsinin nümayəndəsi Azad İsgəndərov kədinin keçmişindən və indiki günündən söhbət açdı.O, Böyük Vətən müharibəsində iştirak etmiş və arxa cəbhədə çalışmış insanlar haqqında danışdı.Göstərdi ki, kəndin yetirmələri olan ziyalılar indi Azərbaycanmızın bütün bölgələrində müxtəlif vəzifələrdə işləyir və rayonmuzun ,kəndimizin adını yüksəkliklərə qaldırırlar.Paytaxtımız Bakının insitutlarında ,müəsisə və təşkilatlarında çalışan ziyalılarımız hər vaistə ilə kəndimizin adini yüksəldirlər .Kəndimizdə yerləşən uşaq bağçası,mədəniyyət evi, amblatoriya, müasir tipli poct ,yeni istafəyə verilmiş iki mərtəbəli məktəb binası kəndin bu günündən və gəkləcəyindən xəbər verir.Gündən-günə abadlaşan, gözəlləşən kəndimizdə bayram günlərində yığıncaqlar keçirilir, məktəblilər, gənclər, dərnək üzvləri, konsertlər verirlər.Kənd günündə 4 saylı Qaraqoyunlu kənd kitabxana filialının yeni kitab və jurnallardan ibarət sərgisi,məktəblilərin əl işləri, kəndə aid qədim məişət əşyaları nümayiş etdirildi.
 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu