.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

“Azadlıq nəğməkarı”.

(Xəlil Rza Ulutürk-80)
20 Sentyabr 2012-ci il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində Xəlil Rza Ulutürkün anadan olmasını 80 illiyinə həsr olunmuş “Azadlıq nəğməkarı” mövzusunda ucadan oxusu keçirildi.Tədbirdə Uşaq bağçasının müəlliməsi Rəsmiyyə Qəhrəmanova olmaqla bağça uşaqları,rayon şahmat məktəbinin şagirdləri və mərkəzi kitabxananın Metodika şöbəsinin işçiləri iştirak edirdi.Tədbiri Oxu zalının müdiri Mənsurə Qaçayeva açaraq şairin yaradıcılığı haqqında iştirakçılara məlumat verdi və şairin azadlıq mövzusunda şeirlərinin ucadan oxusuna başlandı.Tədbirdə bağça uşaqlarından Rasim Kərimov və Fatimə Atayeva fərqləndilər.Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş kitab sərgisi ilə tanış oldular.





 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu