.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

15 İyun-Qurtuluş günü

“Xalq Heydər söyləyəcək“ .
(15 İyun - Qurtuluş günü münasibəti ilə ədəbi – bədii kompozisiya).
15 İyun 2012-ci il tarixində Ağsu şəhər mədəniyyət və istirahət parkında rayon Mədəniyyət evinin kollektivi Qurtuluş gününə həsr olunmuş “Xalq Heydər söyləyəcək“ mövzusunda ədəbi-bədii kompozisiya göstərdilər. Tədbirə rayonun müxtəlif idarə və təşkilatları, uşaqlar dəvət olunmuşdu. Gülnarə Bəndəliyeva, Əzizağa Əzizov, Ələkbər Əlizadə, Mirnağı Hüseynov, Samir Ağsulu, Səyyarə Kərimova, Əmrah Məmmədov və Aşıq Amilin çıxışları tamaşaçılarda bayram əhval-ruhiyyəsi yaratdı.


15 İyun - Azərbaycan dövlətinin xilası tarixidir.

14 İyun 2012-ci il tarixdə Mərkəzi kitabxanada Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirildi. Tədbirə rayonun idarə və təşkilatları, fəal oxucular dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru C. Bədəlov 15 İyun hadisələri haqqında toplantı iştirakçılarına məlumat verdikdən sonra “15 İyun – Azərbaycan dövlətinin xilası tarixidir” mövzusunda məruzə üçün sözü 29 saylı kitabxana filialın müdiri L. Kərimovaya verdi. Məruzə ətrafında Pirhəsənli kənd kitabxana filialının işçisi S. Nuriyeva, rayon Təhsil şöbəsinin işçisi F. Əhmədov, rayon Veteranlar şurasının sədri C. Zeynalov, fəal oxucu, şair C. Mürşüd və başqaları çıxış etdilər. Tədbirin sonunda tədbir iştirakçıları Milli Qurtuluş günü ilə əlaqədar təşkil olumuş kitab sərgisinə və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” CD diskinə baxdılar.




Uşaqlar bizim gələcəyimizdir!

1 İyun 2012-ci il tarixdə “Şəlalə” şadlıq sarayında rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi və Mərkəzi kitabxananın uşaq şöbəsi Uşaqların Beynəlxalq müdafiəsi günü ilə əlaqədar tədbir keçirdi. Tədbirə şəhər 1, 2, 3 saylı tam orta məktəbin şagirdləri 1, 2, 3 saylı uşaq bağçasının körpələri dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti Başçısının Təhsil, Səhiyyə və Mədəniyyət üzrə müavini Sevil Mirzəliyeva açaraq sözü uşaqlara verdi. Tədbirdə Təhsil şöbəsinin müdiri Tahir Xası, 3 saylı orta məktəbin direktoru Akif Qənbərov, rayon ziyalısı Akif Mirzəyev isə bayram münasibəti ilə uşaqlara öz ürək sözlərini söylədilər. Şənlikdə rayon Mədəniyyət evinin “Qönçə” xalq çalğı alətləri ansamblının çıxışı, Yenilik kənd klubunun hazırladıqları səhnəcik uşaqların çox xoşuna gəldi. Müğənnilər Gülnarə Bəndəliyeva, Əzizağa Əzizov və Aşıq Əmrah Məmmədov öz mahnıları ilə körpələrin qəlbini oxşadı.



 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu