
27 Mart 2013-cü il tarixdə Ağsu şəhər Mərkəzi kitabxanasında 31 mart azərbaycanlıların soyqırım günü ilə əlaqədar yığıncaq keçirildi.Toplantıda rayon ziyalıları ,fəal oxucular və gənclər iştirak edirdi. Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Cəbrayl Bədəlov açaraq «Azərbaycanlıların soyqırımı haqqında» Azərbaycan Respublıkası prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanı haqqında yığıncaq iştirakçılarına məlumat verdi.Yığıncaqda Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev ”Erməni ideologiyası:Deportasiyadan soyqrımınadək ” ,rayon Təhsil şöbəsinin müdiri Tahir Xası “1918-1920-ci illər soyqırımı: Şamaxı (Ağsu)...