30 Aprel 2013-cü il tarixdə Mərkəzi kitabxanada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “ Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır ” mövzusunda tədbir keçirildi.Tədbirdə rayon ziyalıları , gənclər və kitabxananın oxucuları iştirak edirdi.Mərasimi açan rayon MKS-nin direktoru Bədəlov Cəbrayıl ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 Yanvar 2013-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında tədbir iştirakçılarına məlumat verdi.Tədbirdə 3 saylı məktəbin müəllimələri Yeganə Cəlilova, Bircahan Məmmədova, 4 saylı məktəbin müəllimi Sənan Nemətov,...
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert.
30 Aprel 2013-cü il tarixdə şəhər mədəniyyət sarayında Heydər Əliyevin 90 illik
yubileyi ilə əlaqədar konsert
təşkil edildi.Rayon Uşaq musiqi məktəbinin təşkil etdiyi konsertə rayon ziyalıları,idarə və təşkilatlardan nümayəndələr dəvət olunmuşdu.Məktəbin xor
kollektivinin ifasında “Azadlıq”marşı,Siyavuş Kəriminin ifasında “Uşaqların himni”,müəllimlər
Nicat Umbayev və Yaqut Mustafayevin ifasında Qara Qarayevin “İldırımlı yollarla” baletindən parça,fortepianoda Gürşad Qasımova və tarda Nicat
Umbayevin ifasında Cahangir Cahangirovun “Aylı gecə”,Nurlan Quluyevin ifasında “Azərbaycan”,Salatın Səmədovanın ifasında “Azərbaycan...