11 İyun 2013-cü il tarixdə Mərkəzi kitabxanada 15 İyun Milli Qurtuluş günü ilə əlaqədar yığıncaq keçirildi.Tədbirə rayon ziyalıları,idarə və təşkilatlardan nümayəndələr dəvət olunmuşdu.Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Cəbrayıl Bədəlov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışdı, qazanılan qurtuluşun şanlı tarixçəsinə nəzər yetirdi.Milli Qurtuluş Gününə həsr olunan tədbir dövlət himnimizin səsləndirilməs ilə başladı. Tarix müəllimi Sənan Nemətov “15 İyun - tariximizin mühüm mərhələsinin başlanğıcı”,YAP Ağsu rayon təşkilatın;n t’limatçısı Fərmayil Nəsirullayev “Heydər Əliyev ideyalarının zəfər yürüşü”,ədəbiyyat...