.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev
Siz bizim sayta xoş gəlmisiniz. Güman edirik ki, saytımızla axıra kimi maraqlansanız çox şey əldə etmiş olarsınız. Hər şeydən əvvəl rayonumuzun tarixi, şəxsiyyətləri, tarix və mədəniyyət abidələri, rayonun ictimai və siyasi həyatı, yeni nəşrlər, rayonumuzda olan nadir kitablar haqqında müəyyən qədər bilgi əldə etmiş olarsınız. Bununla yanaşı öncə Sizə xidmət edən kitabxanalarımız haqqında məlumatı nəzərinizə çatdırmağı özümüzə borc bilirik. Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında.  Ağsu rayon MKS-i 1979-cu il tarixdə yaranmış və hazırda 38 kitabxana filialdan ibarətdir. MKS-də 92 nəfər işçi çalışır ki, bunlardan...

Heydər Əliyev-Azərbaycan mədəniyyətinin banisidir.

                      9 Dekabr 2013-cü il tarixdə Mərkəzi kitabxanada “Heydər Əliyev-Azərbaycan mədəniyyətinin banisidir”    mövzusunda dəyirmi masa keçirildi.Tədbirdə rayon ziyalıları, idarə və təşkilatların nümayəndələri iştirak etmişdir.Dəyirmi masada rayon Təhsil şöbəsinin  metodisti Mətləb Nuriyev,şəhər 1 saylı məktəbin müəllimi Sənan Nemətov,3 saylı məktəbin müəlliməsi  Yeganə Cəlilova ,Rayon ağsaqqallar şurasının sədri Cəmaləddin Zeynalov və mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov çıxış etmişlər.Çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan...

15 İyun –tariximizin mühüm mərhələsinin başlanğıcı.

11 İyun 2013-cü il tarixdə Mərkəzi kitabxanada 15 İyun Milli Qurtuluş günü ilə əlaqədar yığıncaq keçirildi.Tədbirə rayon ziyalıları,idarə və təşkilatlardan nümayəndələr dəvət olunmuşdu.Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Cəbrayıl Bədəlov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışdı, qazanılan qurtuluşun şanlı tarixçəsinə nəzər yetirdi.Milli Qurtuluş Gününə həsr olunan tədbir dövlət himnimizin səsləndirilməs ilə başladı. Tarix müəllimi Sənan Nemətov “15 İyun - tariximizin mühüm mərhələsinin başlanğıcı”,YAP Ağsu rayon təşkilatın;n t’limatçısı Fərmayil Nəsirullayev “Heydər Əliyev ideyalarının zəfər yürüşü”,ədəbiyyat...

Gələcəyimizi qoruyaq!

30 May 2013-cü il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsi 4 saylı tam orta məktəblə birlikdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar tədbir keçirdi.Tədbiri giriş sözü ilə açan Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar tədbir iştirakçılarına məlumat verdi və Azərbaycan dövlətinin bu sahədə gördüyü işlərdən danışdı.Daha sonra 4 saylı tam orta məktəbin müəllimləri Şəlalə Qarayeva,Könül Muradxanova,Susanə Xələfova və Şahnaz Səmədova çıxış edib bayram münasibəti ilə uşaqları təbrik etdilər.Birinci sinif şagirdlərindən Jalə Sadıqova,Fatimə İbadova,Zəhra Hacalızadə,Xəyalə Gərayeva,Murad Qənbərov,5-ci...

Kitab sərgisi təşkil edilmişdir.

18 May 2013-cü il tarixdə Mərkəzi kitabxanada İnsan Hüquqları Günü ilə əlaqədar kitab sərgisi təşkil edilmişdir.Sərgidə mövzu ilə əlaqədar kitablar,dövrü mətbuat məqalələri və internet materialları öz əksini tapmışdır.Bundan başqa MKS-nin veb saytında insan hüquqları ilə əlaqədar yaradılmış “İnsan Hüquqları qzrə İctimai Şura”,” İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi”,”Azərbaycan Gender İnformasiya Mərkəzi”,”Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili”,”İnsan hüquq və azadlıqları” və “İnsan haqları” kimi səhifələr də oxucuların istifadəsinə verilmişdir.”İnsan Hüquqları aylığı“ ilə əlaqədar Mərkəzi kitabxanada yaradılmış...

Qəlblərdə yaşayan insan

7 May 2013-cü il tarixdə Göydəlləkli kənd klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçirildi.Göydəlləkli kənd kitabxanasının və klubunun hazırladığı bu tədbirdə kənd əhalisi iştirak edirdi.Tədbirdə Göydəlləkli kənd orta məktəbinin direktoru Heydər Abdullayev ulu öndərin Ağsu rayonuna səfərindən,zəhmət adamları ilə görüşündən,YAP Ağsu rayon Təşkilatının Göydəlləkli kəndi üzrə ilk təşkilatının sədri Namət Qaçayev Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədən,sinif müəllimələri Aynur Kərimova , Mətanət Əhmədova təhsilə və mədəniyyətə qayğısından danışdılar.,Kənd məktəbinin şagirdləri...

“Xalq Heydər söyləyəcək”.

(Heydər Əliyev-90). 02 May 2013-cü il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsi Ağsu şəhər 4 saylı tam orta məktəblə birlikdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Xalq Heydər söyləyəcək” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının tarixində, türk dünyasında tutduğu yerdən söhbət açdı. 4 saylı məktəbin direktoru Şəfəq Balıyeva, müəllimi Mətləb Nuriyev Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında çıxış etdilər. Sonra məktəb şagirdləri Aytac Musayeva, Fatimə Qarakişiyeva,...

Ağsuda kitab bayramı keçirilmişdir

Ağsuda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş Kitab bayramı keçirilmişdir. Rayon rəhbərlərinin, ziyalıların, gənclərin və yeniyetmələrin qatıldığı tədbirin iştirakçıları ilk öncə parkda ulu öndərin abidəsini ziyarət etmiş, heykəlin önünə təzə-tər çiçəklər qoymuşlar. Açılış mərasimində çıxış edənlər görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən danışmışlar. Sonra “Nərgiz” uşaq bağçasının və şəhər 4 saylı tam orta məktəbi şagirdlərinin ifasında ümummilli liderimizə həsr olunmuş şerlər səsləndirilmişdir. Daha...

Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır.

30 Aprel 2013-cü il tarixdə Mərkəzi kitabxanada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “ Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır ” mövzusunda tədbir keçirildi.Tədbirdə rayon ziyalıları , gənclər və kitabxananın oxucuları iştirak edirdi.Mərasimi açan rayon MKS-nin direktoru Bədəlov Cəbrayıl ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 Yanvar 2013-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında tədbir iştirakçılarına məlumat verdi.Tədbirdə 3 saylı məktəbin müəllimələri Yeganə Cəlilova, Bircahan Məmmədova, 4 saylı məktəbin müəllimi Sənan Nemətov,...

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert.

30 Aprel 2013-cü il tarixdə şəhər mədəniyyət sarayında Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konsert  təşkil edildi.Rayon Uşaq musiqi məktəbinin təşkil etdiyi konsertə rayon ziyalıları,idarə və təşkilatlardan nümayəndələr dəvət olunmuşdu.Məktəbin xor  kollektivinin ifasında “Azadlıq”marşı,Siyavuş Kəriminin ifasında “Uşaqların himni”,müəllimlər  Nicat Umbayev və Yaqut Mustafayevin  ifasında Qara Qarayevin “İldırımlı yollarla” baletindən parça,fortepianoda Gürşad Qasımova və tarda Nicat  Umbayevin ifasında Cahangir Cahangirovun “Aylı gecə”,Nurlan Quluyevin ifasında “Azərbaycan”,Salatın Səmədovanın ifasında “Azərbaycan...

Tariximizin faciəli səhifəsi.

27 Mart 2013-cü il tarixdə Ağsu şəhər Mərkəzi kitabxanasında 31 mart azərbaycanlıların soyqırım günü ilə əlaqədar yığıncaq keçirildi.Toplantıda rayon ziyalıları ,fəal oxucular və gənclər iştirak edirdi. Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Cəbrayl Bədəlov açaraq «Azərbaycanlıların soyqırımı haqqında» Azərbaycan Respublıkası prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanı haqqında yığıncaq iştirakçılarına məlumat verdi.Yığıncaqda Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev ”Erməni ideologiyası:Deportasiyadan soyqrımınadək ” ,rayon Təhsil şöbəsinin müdiri Tahir Xası “1918-1920-ci illər soyqırımı: Şamaxı (Ağsu)...

Ağsuda Novruz mərasimi keçirilib.

16 Mart 2013-cü il tarixdə Şəhər mərkəzində yerləşən əyləncə-istrahət parkında təşkil olunan konsertdə Ağsu sakinləri iştrak ediblər. Əvvəlcə parkda hazırlanan sərgi rayon ictimaiyyətinə və qonaqlara təqdim olunub. Bayram şənliyində bir-birindən maraqlı görüntülər sərgilənib. Bahar qız meydana faytonda atların müşayəiti ilə gəlib. Ardınca bayram tonqalı alovlandırılıb. Geniş bayram tədbiri ilə yanaşı, qədim adət və ənənələrimizi əks etdirən səhnələr bayramın abu-havasına xüsusi rəng qatıb. Bir tərəfdə nehrə çalxayıb, o biri tərəfdə ip əyirən və sac üstündə çörək bişirən nənələr isə xalqımıza bol ruzi arzulayıblar. Həmçinin açıq havada təşkil...

Bayramınız mübarək ,əziz qadınlar!

6 Mart 2013-cü il tarixdə Ağsu şəhərinin “Şirvan” şadlıq sarayında 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Ərəstun Cavadov , rayonun müxtəlif idarə və təşkilatlarda çalışan qabaqcıl qadınlar iştirak edirdi. Rayon İcra Hakimiyyətinin Başçısı Ənvər Seyidəliyev qadınları bayram münasibəti ilə təbrik etdikdən sonra fərqlənən qabaqcıl qadınlara fəxri fərmanlar və hədiyyələr təqdim etdi.Tədbir maraqlı konsert proqramı ilə başa çatdı. ...

Qisas ünvanımız.

 25 Fevral 2013-cü il tarixdə 29 saylı şəhər kitabxana filialı və 5 saylı şəhər orta məktəbi Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Qisas ünvanımız “adlı ədəbi-bədii kompozisiya hazırlayıb həyata keçirmişdir.Tədbiri giriş sözü ilə açan 5 saylı məktəbin direktoru Elman Qarayev Xocalı faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdi.Ədəbi-bədii kompozisiyada şairlərdən Bəxtiyar Vahabzadənin ,Nüsrət Kəsəmənlinin,Səməd Vurğunun,Zəlimxan Yaqubun və Süleyman Rüstəmin müxtəlif illərdə yazdıqları şerlərdən istifadə olunmuşdur.Nicat Mürsəlov,Solmaz Zülfüqarova ,Nərmin İslamova və İlahə Şıxıyeva tədbirdə daha fəal iştirak...
Page 1 of 2612345Next
 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu