.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

Dünya poeziyasının günəşi. Nizami Gəncəvi-870

30 Oktyabr 2012-ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə əlaqədar “Dünya poeziyasının günəşi” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru Bədəlov Cəbrayıl açaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “ Dahi Azərbaycan şairi və müfətəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında “ 23 Dekabr 2011-ci il tarixli Sərəncamı, şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi.Şəhər 3 saylı orta məktəbin müəlliməsi Yeganə Cəlilova “Dünya poeziyasının günəşi” mövzusunda məruzə ilə çıxış etdi.Məruzə ətrafında...

Hüseyn Cavid-130.

24 Oktyabr 2012-ci il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir keçirildi.Tədbirdə 1 saylı şəhər orta məktəbinin şagirdləri ,şahmat məktəbinin müəllim kollektivi və 1 saylı Uşaq bağçasının kollektivi iştirak edirdi.Tədbiri Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva açaraq “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında “ Azərbaycan Respublikası Prezidentinin Sərəncamı , şairin həyat və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verdi . Sonda tədbir iştirakçıları H.Cavidin...

Azərbaycan müstəqillik yollarında.

16 Oktyabr 2012-ci il tarixdə rayon Mərkəzi kitabxanasında Azərbay-can Respublikasının müstəqillik gününə həsr olunmuş yığıncaq keçir-ildi.MKS-nin direktoru C.Bədəlov 1991-ci il 18 Oktyabr tarixli Azərbay-can Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktın-dan,müstəqillik əldə etdikdən sonra respublikamızın qazandığı nailiy-yətlərdən danışdı.Ulu öndər,ümummilli lider Heydər Əliyevin müstə-qillik sahəsindəki xidmətlərini xüsusilə vurğuladı.Yığıncaqda M.Məli-kov,D.Əliyeva və M.Hüseynov çıxış etdi.Tədbirin sonunda iştirakçılar bu mövzuda təşkil olunmuş kitab sərgisi ilə tanış oldular və müasir Azərbaycan haqqında filmə baxdıla...

Azadlıq və müstəqillik şairi

(Hüseyn Cavid -130 )  Bu günlərdə dahi yazıçımız Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi keçiriləcıkdir.Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur.Sənətkarın dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı olanl irik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.Yubiley ərəfəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam...

Ağsuda IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı öz işinə başlamışdır

Oktyabrın 2-də Ağsu şəhərində Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Doqquz Eylül Universitetinin, Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı öz işinə başlamışdır. Beynəlxalq konfransın iştirakçıları əvvəlcə bu şəhərdən 4-5 kilometr cənub-şərqdə yerləşən Orta əsr Ağsu şəhər qalıqları kompleksində olmuşlar. Burada folklor nümunələrindən ibarət zəngin repertuarlı konsert proqramı təqdim edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının...
Page 1 of 2612345Next
 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu