.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

20 Yanvar - Milli Qürur günümüz!

15-20 Yanvar 2013-cü il tarixlərində Ağsu rayon Mədəniyyət və Turizm şöbəsinin klub, mədəniyyət evi və kitabxanalarında 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Rayonun Mərkəzi kitabxanasının uşaq şöbəsi, Qaraqoyunlu,Növcü,Gəgəli, İlxıçı, Curuğlu, Göydəlləkli, Kalva, Xanbulaq və sair kənd kitab- xana və klub müəssisələrində faciənin 23 - cü ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir. Tədbirlərdə 20 yanvar faciəsinə həsr olunmuş sənədli kinofilmlər nümayiş etdirilmişdir. Rayon Mədəniyyət evinin direktoru Mahir Məlikov.   ...

Şəhidlik zirvəsinə ucalanlar.

   16 Yanvar 2013-cü il tarixdə Mərkəzi kitabxanada  20 yanvar faciəsinin 23-cü ildönümü münasibəti ilə “Şəhidlik zirvəsinə ucalanlar” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada rayon ziyalıları,fəal oxucular, 20 yanvar hadisəsinin şahidləri iştirak edirdi. Tədbiri giriş sözü ilə  açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Cəbrayıl Bədəlov 20 Yanvar hadisələri, onun səbəbləri, mahiyyəti və nəticələri haqqında  toplantı iştirakçılarına məlumat verdi. 3 saylı məktəbin müəllimi Kəmalə Babayeva “Azərbaycanda milli azadlıq hərəkatında 20 Yanvar hadisələrinin rolu” , rayon Tarix Diyarşünaslıq müzeyinin fond...

Şəhidlər-and yerimiz!

    17 Yanvar 2013-cü il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində 20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Şəhidlər-and yerimiz” mövzusunda toplantı keçirildi.Tədbirdə 1 saylı məktəb şagirdləri,Şahmat məktəbinin müəllimləri,Uşaq bağçasının işçiləri iştirak edirdi.Tədbiri Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva açaraq 20 Yanvar hadisələri,omun səbəbləri, mahiyyəti və nəticələri haqqında tədbir iştirakçılarına qısa məlumat verdi.Sonra rayon şahmat məktəbinin direktoru Əlisa İsayev şhid adının ucalığından,gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında onun rolundan söhbət açdı.Tədbirdə...
Page 1 of 2612345Next
 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu