.
"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" H.Ə.Əliyev

“Xalq məhəbbətini qazanmış şairə”.

(Mirvarid Dilbazi-100)
28 Avqust 2012-ci il tarixdə Mərkəzi kitabxanada Mirvarid Dilbazinin anadan ol-masının 100 illiyi ilə əlaqədar “Xalq məhəbbətini qazanmış şairə” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə rayon MKS-nin direktoru C.A.Bədəlov açaraq Mirvarid Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respubli-kası Prezidentinin Sərəncamı haqqında tədbir iştirakçılarına məlumat verdi. Şairənin həyat və yaradıcılığı haqqında rayon Təhsil şöbəsinin metodisti,dil-ədəbiyyat müəllimi Mətləb Nuriyev məruzə ilə çıxış etdi.Fəal oxucu Səftər Əliyev,Mirnağı Hüseynov, Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva və Aşıq Əmrah şairənin tərcüməçilik fəaliyyətindən, uşaq ədəbiyyatı sahəsində yaradıcılığından ,şeirlərinə yazılmış mahnı, romans və oratoriyalardan danışdılar,əsərlərindən parçalar söylədilər.Sonda tədbir iştirakçıları şairənin yaradıcılığına həsr olunmuş kitab sərgisi ilə tanış oldular.





Ağsulu rəssamın emalatxanasına virtual səyahət.

  Şıxəliyev Eyzam  Qubad oğlu  2 Avqust 1951-ci ildə Ağsu rayonunun Kalva kəndində anadan olmuşdur. 1968-ci ildə Kalva kənd orta məktəbini bitirmiş, 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dovlət Rəssamlıq Məktəbinə qəbul olmuş,1980-cı ildə oranı bitirmisdir.Bir muddət  Ağsu şəhərində rəssam kimi çalışmışdir.1996-cı ildə o yenidən Bakıya qayıtmış və yaradıcıgını paytaxt-da davam etdirmişdir.Bir çox sərgilərdə və müsabiqələrdə iştirak etmişdir.
  Azərbaycan Rəssamlar İtifaqının üzvüdür.
Yorulmaq bilməyən və peşəsini dərin məhəbbətlə sevən E.Şıxəliyev yeni-yeni yaradıcılıq uğurları əldə etmək üçün səylə çalışır  və  buna nail olur.Buyurun,Siz də onun yaradıcılığı ilə tanış olun.


Ana dilini sevək,sevdirək!

01 Avqust 2012-ci il tarixdə Mərkəzi kitabxanada” Ana dilini sevək,sevdi-rək!” mövzusunda tədbir keçirildi.Tədbirdə fəal oxucular,azərbaycan dili mütəxəssisləri iştirak edirdi. Mədəniyyət və Turizm şöbəsinin işçisi Ağbə-niz Şərifova “Azərbaycan əlifbası və azərbaycan dili günün təsis edilməsi haqqında “ ulu öndər Heydər Əliyevin 09 Avqust 2001-ci il tarixli məlum Fərmanından,onun dil sahəsindəki siyasətindən söz açdı.Fəal oxucu Səftər Əliyev,Mərkəzi kitabxananın Abonoment bölməsinin müdiri Zeynəb Məmmədova azərbaycan dili və əlifbasının inkişaf tarixindən,Ələkbər Əlizadə, Eyvaz Bayramov ana dili haqqında görkəmli şairlərimiz Məmməd Arazın, Məmməd Aslanın,Xəlil Rzanın və Bəxtiyar Vahabzadənin şerlərindən parçalar söylədi .Tədbirin sonunda iştirakçılar bu mövzuda təşkil edilmiş sərgi ilə tanış oldular.


 
Design by E | A Aghsu - Web dizayn | E-A, Aghsu