28 May 2012-ci il tarixdə rayon Mədəniyyət evinin “Qönçə” xalq çalğı alətləri ansamblı Heydər Əliyev parkında rayon əhalisi qarşısında Respublika Gününə həsr olunmuş konsert proqramı ilə çıxış etdilər. Konsertdə Kamil Ağayev, Samir Ağsulu, Əzizağa Əzizov, Gülnarə Bəndəliyeva, Mirnağı Hüseynov, Ağakişi Səfərov, Arif Əkbərov, Əlsahab və Səyyarə Kərimovalar gözəl mahnıları ilə tamaşaçıların ürəyini oxşadılar.
...
28 May- Müstəqilliyimiz əbədi və dönməzdir.
26 May 2012-ci il tarixdə Mərkəzi kitabxanada Respublika Günü ilə əlaqədar tədbir keçirildi.Tədbirə kənd kitabxana filialının işçiləri,rayon təşkilatları və fəal oxucular dəvət olunmuşdu.Tədbirdə Ərəbuşağı kənd kitabxana filialının müdiri Nailə Fərəcova, Qəşəd kənd kitabxana filialının işçisi Kifayət Ağaməhəmmədova, Göy-dəlləkli kənd klubunun işçisi Salman Salmanov, İlxıçı kənd kitabxana filialının işçisi Rasimə Rəhimova, Bozavand kənd klubunun müdiri Mirvari Nəsibova, Mərkəzi kitabxananın Uşaq şöbəsinin multimedia mütəxəssisi Nuranə Həbibova və başqaları çıxış etdilər.Tədbirin sonunda iştirakçılar Respublika Günü ilə əlaqədar təşkil olumuş...
Vətəndaş şair
25 May 2012-ci il tarixdə Mərkəzi kitabxanada M.Ə.Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirə rayon ziyalıları, müxtəlif idarə və təşkilatlardan nümayəndələr, fəal oxucular dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva açaraq M.Ə.Sabir yaradıcılığı haqqında məlumat verdi. Dilman kənd klubunun müdiri Behbud İsgəndərov şairin satirası, onun müasir dövrlə səslənməsindən danışdı. Cəlayir kənd tam orta məktəbinin ədəbiyyat müəllimi Qulaş Mirzəliyev M.Ə.Sabirin uşaq şeirləri, sözlərinə bəstələnmiş musiqi, əsərlərinə çəkilmiş karikaturalar haqqında danışdı. Fəal oxucu...
Sən elə bir zirvəsən ki...
10 May 2012-ci il tarixdə rayonun mədəni maarif işçiləri Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən ki...” mövzusunda ədəbi-bədii kompozisiya göstərdilər.Tədbiri aparan Gürcüvan kənd klubunun müdiri Ə.Məmmədov yubileylə əlaqədar rayonumuzda görülən işlərdən danışdı və məruzə üçün sözü Mərkəzi kitabxananın Abonoment şöbəsinin müdiri Z.Məmmədova verdi.Məruzə ətrafında rayon Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Ü.Hacıyeva, Metodika şöbəsinin metodisti L.Əfəndiyeva, Bozavand kənd klubunun müdiri V.Kazımov və Göydəlləkli kənd klubunun müdiri S.Kərimova...
Qələbə-67.
08 May 2012-ci il tarixdə Mərkəzi kitabxanada mədəniyyət işçilərinin alman faşizmi üzərində Qələbənin 67-ci ildönümünə həsr olunmuş ümumi yığıncağı keçirildi.Yığncağa ayrı-ayrı idarə və təşkilatlardan nümayəndələr və müharibə veteranları dəvət olunmuşdu.Yığıncağı giriş sözü ilə açan MKS-nin direktoru C.A.Bədəlov Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 İyun tarixli "1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”a uyğun olaraq Qələbənin 67 illiyinin MKS-nin bütün kitabxana filiallarında qeyd edilməsindən danışdı. Qələbənin 67 illiyi ilə əlaqıdar əsas...
Şuşasız 20 il.

07 May 2012-ci il tarixdə Mərkəzi kitabxanada Şuşanın ermənilər tərəfindən işğalının 20-ci ildönümünün anım mərasimi keçirildi.Tədbirə rayon ziyalıları,fəal oxucular dəvət olunmuşdu.Tədbiri giriş sözü ilə açan Oxu zalının müdiri N.Niftaliyeva vurğuladı ki,bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatıb.Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib,600 nəfər yaralanıb,22 min nəfər öz yurdundan didərgin düşüb.İşğal nəticəsində Şuşadakı bir sıra tarix-mədəniyyət...
Ağsuda Arxeoloji tapıntılar.
Ağsu şəhəri Məscid yaxınlığındakı qazıntı.
Ağsu rayon Kəlağaylı kəndindəki qazıntı.
...
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!
08 May 2012-ci il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirə şəhər 1 və 3 saylı tam orta məktəbin şagirdləri dəvət olunmuşdu. 7-ci sinif şagirdləri Natiq Nuriyev, Səmədli Cavid, Lamiyə Ağayeva və Vəzirli Xəlil ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər. Bundan sonra uşaqlar Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” CD diskinə baxdılar.
...
Biz Sizdən öyrəndik qəhrəmanlığı.
04 May 2012-ci il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsində Alman faşizmi üzərində Qələbənin 67-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə şəhər 1 saylı tam orta məktəbin şagirdləri iştirak edirdi. Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva Qələbənin 67-ci ildönümü ilə əlaqədar şagirdlərə məlumat verdi. Bundan sonra 10-cu sinif şagirdi Aidə Əliyeva, 8-ci sinif şagirdi Nazlı Əlizadə, 5-cı sinif şagirdləri Kənan Nuriyev, Nurlan Abbasov, Zəhra Kərimova, 7-ci sinif şagirdi Gülnar Məmmədova və başqaları qəhrəmanlıq haqqında şeirlər səsləndirdilər. Tədbirin sonunda uşaqlar “Qələbə-67” kitab sərgisinə baxdılar.
...
AĞSU DÜNƏNDƏN SABAHA

Cəmilə Elsevər." AĞSU DÜNƏNDƏN SABAHA" kitabını oxu
Cəmilə Elsevərin “Ağsu: Dünəndən sabaha” adlı qələm təcrübəsi bioqrafik, biblioqrafik və toponomik əsərdir. Müəllif oxucuya Ağsu, onun qədim və müasir tarixi, əhalisi, görkəmli simaları barədə ensiklopedik xarakterli məlumat verməklə yanaşı Ağsunun ayrı-ayrı yaşayış məntəqələrinin yaxın və uzaq keçmişinə səyahət etmək, rayonun ayrı-ayrı sahələrinin inkişafı
istiqamətində görülmüş işlərlə tanış olmaq fürsəti yaradıb.
...